Odessada “2020-də 44 gün” kitabının təqdimatı oldu
Ərdoğanla Papa XIV Leo arasında görüş olub
Ermənistanın mövqeyi hamıya məlumdur - Putin
Vilayət Eyvazov o gəncləri polisə seçdi
Mikayıl Cabbarov yenidən seçildi
Ruslara işləyən ukraynalı ifşa edildi
Məhkəmə səkkiz nəfərə ömürlük həbs verdi
Bu şəxslərə 4000 manat maaş veriləcək - SİYAHI
Bayram Nurlunun bu fotosu gündəm oldu
Sabah Bakıda 17 dərəcə isti olacaq


19.03.2017  12:37 

Bayram süfrəsi üçün lazım olan pul





A+  A-

Şəkərburasından-paxlavasına, aşından-dolmasına, meyvəsindən ləbləbisinə...
XəzərNews.az Xezerxeber.az-a istinadən məlumat verir ki, bayram günü hamı masasında beləcə bolluq, bərəkət görmək istəyir.

Təbii ki, Novruzun əvəzedilməz atributu şəkərbura və paxlavadır. 4 nəfərlik ailənin bayram süfrəsi üçün bu şirniyyatları hazırlamağa təxminən 1 kiloqram qoz və bir o qədər fındıq ləpəsi, 500 qram yağ, 1 kiloqram şəkər tozu, 1 kiloqram un, müxtəlif ədviyyatlar və 10 yumurta lazımdır ki, bunlara da minimum 44 manat xərcləmək lazımdır.

Bayramların şah yeməyi olan plov üçün isə düyü, aşqarası üçün ət, yağ, şabalıd və meyvə quruları lazım olur.

Bir sözlə, plov üçün 1 kiloqram düyü, 1 kq. ət, 300 qr. yağ, hərəsindən 300 qram olmaqla ərik, şabalıd və kişmiş lazımdır və bunların da alınmasına 26-28 manat xərclənir.

Süfrədə plovla yanaşı, yarpaq dolması olduğunu da hesablayaq.

1 kq. qoyun əti 13 manat, yarpaq - 2 manat, 2 stəkan düyü-50 qəpik, 1 dəstə keşniş, şüyüd və nanə - 60 qəpikdir. Dolma da 11 manat 10 qəpiyə başa gəlir.

Süfrə əlbəttə meyvəsiz olmaz.

Hər meyvədən yarım kilo aldığımızı hesablasaq: alma - 1 manat 50 qəpik, armud- 2 manat, mandarin- 2 manat, portağal - 1 manat 25 qəpik, banan 1 manat 50 qəpik. Ümumilikdə, 4 nəfərlik ailənin meyvə almağa minimum 8 manat 25 qəpik pulu çıxır.

Sadaladıqlarımızın toplam dəyəri 91 manat 65 qəpik edir. Yəni 4 nəfərlik ailə 1 günlük bayram süfrəsi üçün minimum bu məbləği xərcləməlidir.

Xəbər 5434 dəfə oxunub.




27.11.2025  17:16 

Mikayıl Cabbarov yenidən seçildi

27.11.2025  11:51 

Rus ordusunda intiharlar davam edir

27.11.2025  10:33 

Əziz Orucov azadlığa çıxıb


BÜTÜN XƏBƏRLƏR +