DSX qəza ilə bağlı paylaşım edib
Türkiyə təyyarəsi qəzaya uğradı
Bakıda yaşayış binasında yanğın baş verib
Pakistanda güclü partlayış: Ölənlər var
Lamin Yamal millidən uzaqlaşdırıldı
Şirkəti bağlandı, zavodun əmlakına həbs qoyuldu
Sərxoş sürücü saxlanıldı
Trampdan Əhməd əl-Şaraaya 55 dollarlıq hədiyyə
Rusiya Odessanı vurdu
Rəşad Dağlı həbsdən azad olunub?


10.11.2025  17:41 

“İmişlidə faciə: Həkimlərə təhvil verdik, evə çatanda xəbəri gəldi ki ölüb ”





A+  A-

Xəbər verdiyimiz kimi, İmişlidə 42 yaşlı hamilə qadın doğuş zamanı vəfat edib.

XəzərNews.az xəbər verir ki, İmişli rayon mərkəzi xəstəxanasının doğum şöbəsində vəfat edən Mirvari Hətəmovanın həyat yoldaşı Daşqın Əhmədov jurnalistlərə bildirib ki, həyat yoldaşı hamiləlik sanıcısı ilə xəstəxanaya aparılıb.

“Yüngül sancılar oldu və dərhal xəstəxanaya apardıq. Həkimlərə təhvil verdik və gözlədik. Bizə məlumat verdilər ki, burada gözləməyin, gedə bilərsiniz. Biz isə evə çatanda xəbər gəldi ki, ana xəstəxanada dünyasını dəyişib. Hamiləlik dövründə hər hansısa bir narahatlıq olmamışdı. Demək olar ki, hər ay həkim müayinəsində olur. Bu dördüncü doğuşu idi. İlk uşaq anadan olandan sonra zəif olduğu üçün vəfat etmişdi. Daha sonra iki övladımız olub. Hazırda birinin 7, digərinin isə 4 yaşı var. Bu uşaq isə artıq doğuş ərəfəsində idi. Xəstəxanaya apardıq, ana və bətnindəki uşaq öldü”.

TƏBİB-dən medianın sorğusuna cavab olaraq bildirilib ki, dünən saat 16:30 radələrində 1983-cü il təvəllüdlü qadın 39-40 həftəlik hamiləlik diaqnozu ilə İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Zəruri tibbi yardım göstərildikdən sonra o, Ginekologiya və doğum şöbəsinə yerləşdirilərək doğuş prosesinə cəlb olunub. Lakin doğuş prosesi başlamazdan əvvəl hamilədə arterial təzyiqin anidən yüksəlməsi müşahidə edilib. Zəruri instrumental-diaqnostik müayinələrə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 17:40 radələrində hamilənin və dölün bioloji ölüm faktı qeydə alınıb.

Xəbər 229 dəfə oxunub.



11.11.2025  13:50 

Sərxoş sürücü saxlanıldı

11.11.2025  11:32 

Rusiya Odessanı vurdu

11.11.2025  10:55 

Rusiyada neft zavodu vuruldu


BÜTÜN XƏBƏRLƏR +