İcra başçılarının milyonlar köçürdüyü şirkət kimindir?
Şəfəq Novruz bu paylaşımı ilə diqqət çəkib
TDT media və informasiya üzrə işçi qrupunun iclası keçirilib
Gələn il pensiyalar nə qədər artacaq?
Finlandiya sərhəddə tikdiyi hasarı tamamlayır
Rus ordusunda intiharlar davam edir
Hikmət Hacıyev İran rəsmisi ilə görüşdü
“Azərişıq“ yoxlamalara başladı
Ermənistan KTMT-dən de-fakto uzaqlaşıb - Politoloq
Özünü yandıraraq keçiddən atmaq istədi


26.11.2025  18:07 

Keçmiş nazirin oğlunu Siyəzəni abadlaşdıracaq “Safari“ ilə nə bağlayır?





A+  A-

Siyəzən Rayon İcra Hakimiyyəti Siyəzən şəhərinin küçə və məhəllələrində görüləcək abadlıq işləri satın alınması ilə bağlı tenderə yekun vurub.

Tenderin qalibi "Safari” MMC seçilib. Abadlıq işlərinə görə, şirkətə 520 028,67 manat ödəniləcək.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Safari” MMC 23 sentyabr 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 manatdır. Şirkətin hüquqi ünvanı Qusar rayonu, Qusar şəhəri, Şərifov küçəsi, ev 23-də yerləşir. MMC-nin qanuni təmsilçisi Verdixanov Mübariz Eygün oğludur.

Açıq mənbələrdə şirkət haqqında heç bir məlumat yoxdur. Mübariz Verdixanova gəlincə, o, "tender kralı” kimi tanınır. Onun adına daha iki sirli şirkətin olması bu iddiaların doğruluğuna şübhələri artırır.

Mübariz Verdixanov "Safari” MMC-dən başqa "Safari Bak Upak” MMC-nin və "Pioneer” MMC-nin qanuni təmsilçisidir.

Maraqlıdır ki, mediada "Safari Bak Upak” MMC-nin təsisçiləri kimi keçmiş deputat Asya Manafovanın qardaşı Mikayıl Manafovla keçmiş ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun oğlu Lətif Bağırovun adı çəkilir. Bəzi iddialara görə, "Safari” MMC də adıçəkilən şəxslərin nəzarətində olan şirkətdir./Qaynarinfo


Xəbər 368 dəfə oxunub.




27.11.2025  11:51 

Rus ordusunda intiharlar davam edir

27.11.2025  10:33 

Əziz Orucov azadlığa çıxıb


BÜTÜN XƏBƏRLƏR +