“Bolmart” da ondan alındı, rəhbəri dəyişdi
Deputatımız Malayziyaya səfər edəcək
Mehdiyevlər ailəsinin “ayaqqabı cütləyən”i kim olub?
Mehdiyevin oğlu Duzdağda böyük narazılıq yaradıb
Hər üçünün AMEA-dakı fəaliyyəti yoxlanılır
Daha bir YAP-çı deputatın paylaşımı qalmaqal yaradıb
Xaricidə işə düzəltmək adı ilə dələduzluq...
İlham Əliyevin Serbiyaya səfəri gözlənilir
ABŞ kəşfiyyatı: Putin müharibəni dayandırmaq...
Pulu büdcədən 5 dəfə çox olan mer həbs olundu


14.12.2021  12:52 

16 ildir Rəqabət Məcəlləsi qəbul olunmur - SƏBƏB?





A+  A-

Milli Məclisin Komitə sədri Tahir Mirkişili bu günlərdə bildirib ki, Rəqabət Məcəlləsinin qəbulu üçün tam şərait formalaşmayıb.

O, Məcəllənin qəbuluna qədər bir sıra addımların atılmasının, satınalama ilə bağlı yeni qanunvericiliyin, “kölgə” iqtisadiyyatının aradan qaldırılması ilə bağlı hüquqi sənədlərin qəbulunun vacib olduğunu vurğulayıb.

Beləliklə, artıq 16 il olur ki, Rəqabət Məcəlləsini qəbul etmək mümkün olmur.

Xatırladıram ki , Rəqabət Məcəlləsi 2006-cı ildə Prezident tərəfindən Milli Məclisə təqdim edilib.
2007-ci ildə 2-ci oxunuşdan keçib.

Bundan sonra Məcəllənin qəbul edilməsi prosesi nədənsə xeyli müddət dayandırılıb.

Xatırlayıram ki, 2013-cü ildə Məcəllənin 3-cü oxunuşa verilməsinə cəhdlər olundu. Lakin bu cəhdlər reallaşmadı.

2016-cı ildə Prezident tərəfindən təsdiq olunan “Strateji yol xəritəsi”-ində Rəqabət Məcəlləsinin qəbul edilməsi nəzərdə tutuldu. Lakin reallaşmadı.

Cari ilin əvvəli İqtisadiyyat Nazirliyi Yanında Dövlət Antiinhisar Xidməti Rəqabət Məcəlləsinin yeni, təkmilləşdirilmiş variantının hazırlandığı və müvafiq strukturlarla razılaşdırmaya verildiyini bildirmişdi.

Görünür ki, bu il və güman ki qarşıdakı il üçün də razılaşdırma baş tutmayıb.

P.S. Yeri gəlmişkən, DGK sədri bu günlərdə "kölgə iqtisadiyyatı"nın da yerini dəqiq göstərib.

Osman Gündüz

Xəbər 3170 dəfə oxunub.




29.10.2025  10:07 

Şəbnəm Tovuzlu cərimələndi


BÜTÜN XƏBƏRLƏR +