Rusiyada azərbaycanlı iş adamı itkin düşüb
Direktorların vatsap qrupunda qalmaqal
Azərbaycan XİN Türkiyəni təbrik edib
Paşinyan “sensasion xəbər”i açıqladı
İstanbulda yaşayış binası çökdü -VİDEO
Ağdam rayonuna köç karvanı yola salındı
İlham Əliyev Zəngilana səfər edib
Əhmədzadənin həbsi ilə... 32 azərbaycanlı uşağın təhsili yarıda qaldı
“Lukoyl” Azərbaycandakı məntəqələrini satışa çıxardı
“Bolmart” supermarketlər şəbəkəsi bağlanıb


14.06.2019  14:38 

Saakaşvili əsgərliyə hazırlaşır





A+  A-

Gürcüstanın sabiq Prezidenti, Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvili hərbi xidmətə yollanmaq üçün Kiyevdəki Svyatoşinski hərbi komissarlığına gedib.
XəzərNews.az xəbər verir ki, o, tibbi yoxlanışdan keçib, qeydiyyata yazılıb.

“Tibbi komissiyada yoxlanıldım və Svyatoşinski hərbi komissarlığında qeydiyyata yazıldım. Səhhətim əladır, hərbi xidmətə çox uyğundur. Belə ki, əlimdə silahla Ukraynanı qorumağa hazıram”, - deyə Saakaşvili yazıb.

Xatırladaq ki, Saakaşvili 2016-ci ilin mayında Ukraynanın keçmiş Prezidenti Petro Poroşenko tərəfindən Odessa vilayətinin qubernatoru vəzifəsinə təyin edilib. 2017-ci ilin yayında isə Poroşenko müxalifətçilərə qoşulan Saakaşvilini həmin vəzifədən kənarlaşdırıb və vətəndaşlığını əlindən alıb. 2018-ci ilin fevralında Ukrayna xüsusi xidmət əməkdaşları Saakaşvilini Ukrayna ərazisindən çıxarıb, 2021-ci ilədək ölkəyə girişinə qadağa qoyub.

Ukrayna Prezidenti Vladimir Zelenski bu il mayın 28-də Saakaşviliyə Ukrayna vətəndaşlığını geri qaytarıb. O isə növbəti gün Ukraynaya qayıdıb.

Xəbər 2911 dəfə oxunub.




29.10.2025  10:07 

Şəbnəm Tovuzlu cərimələndi

28.10.2025  11:03 

Prezident Sabirabada səfər edib


BÜTÜN XƏBƏRLƏR +