Sabiq nazir həbs olundu
Ramiz Mehdiyevin “qara kassası“ üzə çıxdı - Ağır ittihamlar -FOTO
Müharibə hələ bitməyib, düşmən evimizi dağıtmağa gəlib -Nikzad
Sahibə Qafarova Misirə səfər edib -FOTO
Rövşən İsgəndərov azadlığa buraxılıb
TikTok“da vətəndaşların pulunu ələ keçirən saxlanılıb
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı
Direktor barəsində şikayəti qızı verib... - 100 minlik...
Vüqar Məmmədov həbs edilib
Məqsədimiz sülhü qazanmaq idi...- Hikmət Hacıyev


21.04.2019  10:08 

“Lotu Quli”nin adamı Moskvada sahibkarı güllələyib





A+  A-

"Qanuni oğru" Rövşən Caniyev (Rövşən Lənkəranski) öldürülüb, onun "həmkarı" Nadir Səlifov Türkiyədən Dubaya köçüb, lakin Rusiyada onların tərəfdarları arasında qarşıdurma səngimir. Bu yaxınlarda Moskva vilayətinin Lenin rayonunda Azərbaycan vətəndaşının qətlə yetirilməsi ilə nəticələnən insidentin təfərrüatı məlum olub.
XəzərNews.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Moskvadakı Azərbaycan diasporunun nümayəndələri məlumat veriblər.

Qeyd edək ki, aprelin 14-də gecə naməlum şəxs azərbaycanlıların olduğu avtomobilə odlu silahdan atəş açıb. Nəticədə bir nəfər ölüb, digəri yaralanıb.

Məlum olub ki, qətlə yetirilən şəxs Ağsu rayon sakini, 1987-ci il təvəllüdlü Şəfi Məhəmmədovdur. O, qarın nahiyyəsindən aldığı xəsarət nəticəsində ölüb. Digər şəxs (1983-cü il təvəllüdlü) isə yaralanıb, o, ölənin dostu idi. Faktla bağlı Rusiya Federasiyası İstintaq Komitəsi tərəfindən müvafiq maddələrlə cinayət işi açılıb.

Rusiya KİV-i yazırdı ki, münaqişə "Food city" bazarından alınan xarab kartof üstündə olub. Müştərilər 300 min rubl məbləğində 18 ton kartof alsalar da, sonradan məshulun xarab olduğunu biliblər. Bazara qayıdıb pulu tələb etdikdə, satıcı məhsulun dediyi yerə gətiriləcəyi təqdirdə vəsaiti qaytaracağını bildirib. Təyin olunan yerdə görüş şənbə günü gecə saatlarında baş tutub. Yaranmış mübahisə atışma və qanla bitib.

Həmyerlilərimizin bildirdiyinə görə, Şəfi Məhəmmədov "Food city"də işləyirdi və Rövşən Lənkəranskinin qohumu olan Zaur Əhmədovun yaxın adamı idi. Rövşən Lənkəranskinin ölümündən sonra onun Moskva bazarlarındakı biznesinə nəzarət Z. Əhmədova keçib. Lakin Z. Əhmədovun harada olduğu bəlli deyil, onun biznesinə həmyerliləri nəzarət edir.

Ş. Məhəmmədova atəş açan isə əslən Gürcüstandan olan azərbaycanlıdır və Lotu Qulinin qruplaşmasının üzvüdür. Qətldə şübhəli bilinən şəxs hələlik saxlanılmayıb, bu istiqamətdə zəruri tədbirlər görülür.

Əldə olunan məlumata görə, əslində azərbaycanlılar arasındakı mübahisəyə səbəb kartof deyil, kriminal qruplaşmaların bazara nəzarət uğrunda mübarizəsi olub. Söhbət gəzir ki, Quli Z. Əhmədovun biznesini ələ keçirmək istəyir.

Xəbər 3369 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.11.2025  18:58 

Sabiq nazir həbs olundu

31.10.2025  19:00 

Vüqar Məmmədov həbs edilib

31.10.2025  17:20 

Muazzez Abacı infarkt keçirdi

31.10.2025  15:45 

SEPAH komandirinə sui-qəsd edildi

31.10.2025  11:42 

Ermənistanda İranın güc amili


BÜTÜN XƏBƏRLƏR +