Bu ölkə Rusiya ilə neft alışını dayandırdı
Həkimlər Azərbaycandan niyə qaçır?
Fəzail Ağamalı ilə oğlu arasında dava
Bu restoranlar bağlanır?
Müəllimə dərs zamanı qəfil öldü
Xəstəxana əlil arabasında olan qardaşımı qəbul etmir -VİDEO
Metroda insident: Həbs olunlar var
250 rus hərbçisi var, vəziyyət kritikdir
Prezident Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb
DYP-dən xəbərdarlıq


24.10.2025  10:32 

“Anamı ölümcül hala salıblar”- Video





A+  A-

Bakı sakini Hacıyev Rövşən Elşən oğlu anası Hacıyeva Kifayət Akif qızının “Appro Hospital”da keçirdiyi əməliyyatdan sonra ağır vəziyyətə düşdüyünü bildirib.

XəzərNews.az Baku TV-yə istinadən xəbər verir ki, onun sözlərinə görə, anası 10 sentyabr 2025-ci il tarixində həmin xəstəxanada neyrocərrahlar Nazim Verdiyev və Elşən Hüseynzadə tərəfindən əməliyyat olunub.

Rövşən Hacıyev iddia edir ki, əməliyyatdan sonra anasının vəziyyəti kəskin şəkildə pisləşib:

“Bir həftə ərzində dərmana 2800 manat pul vermişəm. Elşən Hüseynzadə ilə artıq yeddi aydır təqaüdə çıxmış Nazim Verdiyev anamı əməliyyat edib. Haradadır o həkimlər, çıxsınlar ortaya. Tibb bacısı mənə deyirdi ki, gündə 20 manat ver, sənin anana baxım. Verdiyim pullara baxmayaraq, nəticə bu oldu. Nazim Verdiyev öz maşınında məndən 3 min manat da alıb”.

O qeyd edib ki, həkimlər əməliyyat zamanı anasının şah damarındakı şişi zədələyiblər, lakin bu barədə ailəyə məlumat verilməyib:

“Bir həftə ərzində anamı əməliyyat etdilər, amma şah damarındakı şişdən xəbər vermədilər. Əməliyyat zamanı həmin şişi kəsib zədələdilər. Xəstəxanaya gətiriləndən cəmi 2-3 gün sonra hər iki həkim ölkəni tərk etdi”.

Daha ətraflı videomaterialda:



Xəbər 2771 dəfə oxunub.



25.10.2025  14:54 

Bu restoranlar bağlanır?

25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq

24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi


BÜTÜN XƏBƏRLƏR +