2030-cu ilə qədər 170 milyon yeni iş yeri yaradılacaq?
Sabah Bakıda yağış yağacaq
Şəmkirli iş adamı vəfat edib
Karenin işi məhkəməyə göndərildi
Bakıda 16 yaşlı qız təhsildən kənarda qalıb?
“Şamaxinka”da tıxac aradan qaldırılacaq?
Özünü güllələyən DSX əsgərinin komandiri azadlıqda
“AzNar“ zavodu müflis olmaq təhlükəsi ilə üz-üzədir
Kiberpolis əməliyyat keçirdi, saxlanılanlar var
Hikmət Hacıyev Brüsseldə mühüm görüşlər keçirib


28.11.2025  09:24 

Bakıda “QƏHRƏMAN DANIŞIR” adlı Forum keçiriləcək





A+  A-

29–30 noyabr tarixlərində paytaxtda fərdi inkişaf, biznes düşüncəsi və mənəvi təcrübələri bir araya gətirən “QƏHRƏMAN DANIŞIR” forumu baş tutacaq. Forumun məqsədi yalnız motivasiya verməyi deyil, həm də düşüncəni silkələməyi, insanı oyatmağı və yeni istiqamət göstərməyi hədəfləyir.

XəzərNews.az xəbər verir ki, tədbirdə beynəlxalq spikerlərin real nəticələrə əsaslanan çıxışları, şəxsi hekayələr və praktik alətlər təqdim olunacaq.

Forumun əsas xətti biznes, düşüncə tərzi və mənəviyyatın kəsişməsində formalaşır. Çıxışlar TED üslubunda qısa, dərin və konkret təcrübəyə əsaslanan formatda təqdim ediləcək.

Tədbirdə iştirakçıları beynəlxalq spikerlərin çıxışları, şou-proqram, panoramik terrasda furşet və geniş netvörking imkanları gözləyir.

Forumda beynəlxalq natiqlik üzrə məşqçi Azər Xəlilov “Niyə danışmaqdan qorxanda hörmət və fürsətləri itirirsən”, biznes quruculuğu və idarəetmədə 15 illik təcrübəyə malik Günel Zeyn “Böhranlardan çıxan daxili strategiyalar”, Dubayda sahibkar və maliyyə konsultantı kimi çalışan Rauf Şükürov “Qumar asılısından dollar milyonçularına”, inteqrativ yanaşmalı həkim Nigar Rzayeva “Sənin sağlamlığını və enerjini nə dağıdır və niyə adi tibb səni xilas etmir”, enerji terapevti Polina Pimenova “Niyə pulun və uğurun bilmədiyin bloklarda ilişib qalıb”, sahibkar və investor Stanislav Kos “Yaşanmamış emosiyalar layihələrini və xoşbəxtliyini necə dağıdır”, təcrübəli cərrah və ortoped
Laimonis Zulgis “İncə plan uğur və xoşbəxtliyinizə necə təsir edir və siz bunu hiss etmirsiniz”, kvant psixoloqu Kristina Shanti “Niyə praktikalar işləmir? Reallığı dəyişdirən kvant keçidi” mövzularında çıxış edəcəklər.

30 noyabrda VIP səhər yeməyi çərçivəsində Forumun əsas simaları ilə qapalı görüş təşkil olunacaq.

Standart bilet Forumun tam proqramına girişə (12:00–18:00) imkan yaradır. Burada beynəlxalq spikerlərin çıxışlarını dinləmək, şou-proqramları izləmək, terrasda furşet etmək, netvörkinglə qatılmaq və dəyərli hədiyyələr qazanmaq imkanı əldə olunacaq.

VIP bilet əldə edənlər spikerlərlə və forumun əsas simaları ilə qapalı səhər yeməyində (11:00–13:00) iştirak etmək, ilk sıralarda yerlər qazanmaq, partnyor hədiyyələri və xüsusi üstünlüklər əldə edəcəksiz.

Təşkilatçılar yerlərin məhdud olduğunu bildirirlər.


Xəbər 491 dəfə oxunub.



28.11.2025  15:14 

Sabah Bakıda yağış yağacaq

28.11.2025  14:58 

Şəmkirli iş adamı vəfat edib

28.11.2025  09:32 

Tələbə xərçəngdən vəfat edib

27.11.2025  17:16 

Mikayıl Cabbarov yenidən seçildi

27.11.2025  11:51 

Rus ordusunda intiharlar davam edir


BÜTÜN XƏBƏRLƏR +