Ceyhun Bayramov Maqdalena Qrononu qəbul edib
Bu gün Super Ay hadisəsi müşahidə olunur
ADDA-da Səudiyyə Ərəbistanı səfiri ilə görüş keçirilib
İş adamı saxlanıldı: Oteli əxlaqsızlıq yuvasına çeviribmiş
Prezident daha bir sərəncam imzalayıb
Gürcüstandakı əməliyyatda azərbaycanlı öldürülüb?
Daha bir sosial ev dələduzluğu
FHN 1 ədəd 3 otaqlı evi 91 min manata tikdirəcək
Heydərov Mehdiyevə villa bağışlayıb? - Özü danışdı
Bakıda restoranda yanğın başlayıb


05.11.2025  11:38 

Azərbaycanlı avtoritet polisə atəş açdı





A+  A-

Gürcüstanda kriminal qruplarla əlaqəli 34 nəfər saxlanılıb, xüsusi əməliyyatda polis əməkdaşı yaralanıb.

XəzərNews.az xəbər verir ki, beş cinayət işi üzrə aparılan genişmiqyaslı əməliyyat çərçivəsində saxlanılan şəxslərə qarşı "cinayətkarlar aləminə üzv olmaq", "kriminal aləmin fəaliyyətinə dəstək vermək" və "cinayətkar aləmin üzvünə müraciət etmək" ittihamları irəli sürülüb.

Onlardan bir neçəsinə qiyabi ittiham elan olunub.

Əməliyyat zamanı Laqodexi rayonunun Kəbəli kəndində saxlanılmağa cəhd edilən 1973-cü il təvəllüdlü Mirzə Əliyev polisə silahlı müqavimət göstərib. O, xüsusi təyinatlılara atəş açıb, nəticədə əməkdaşlardan biri döş qəfəsindən ağır yaralanıb. Polis cavab atəşi ilə Mirzə Əliyevi zərərsizləşdirib.

Nazirliyin açıqlamasında bildirilib ki, saxlanılan şəxslər uzun müddətdir "qanuni oğrular"la əlaqə saxlayır, onlardan təlimat alır və maliyyə mübahisələrinə müdaxilə edərək təhdid və zor tətbiq ediblər. Eyni zamanda, cinayətkar qruplaşma üzvləri tərəfindən "oğru söhbətləri" təşkil olunub, şərtlərə əməl etməyən şəxslər cərimələnib və ölüm ilə hədələnib.

Məlumata görə, əməliyyat zamanı kriminal avtoritet kimi tanınan Elmuraz Məmmədov da saxlanılanlar arasında olub və prosesdə mühüm rol oynayıb. Axtarışlar zamanı şübhəlilərin evlərindən komputer və mobil telefonlar, narkotik vasitələr, odlu silahlar və böyük məbləğdə pul götürülüb.

İş üzrə Gürcüstan Cinayət Məcəlləsinin bir neçə maddəsi, o cümlədən qanunsuz silah dövriyyəsi, qəsdən adam öldürməyə cəhd və mütəşəkkil cinayətkarlıq ittihamları ilə istintaq aparılır.

DİN rəhbərliyinin açıqlamasında qeyd olunub ki, əməliyyatlar nəticəsində bir neçə il öncə qeydə alınmış qanunsuz silah dövriyyəsi faktı da ifşa edilib və şübhəlilərdən Davit Çubinidze həbs olunub, Davit Mikadze barəsində isə qiyabi ittiham veriləcək.

"Gürcüstan DİN mütəşəkkil cinayətkarlığa qarşı mübarizəni qətiyyətlə davam etdirir və ölkədə cinayət səviyyəsinin tarixi minimuma endirilməsi istiqamətində fəaliyyət göstərəcək", – deyə daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze bildirib.//Report.az

Xəbər 300 dəfə oxunub.




05.11.2025  18:05 

Daha bir sosial ev dələduzluğu

05.11.2025  13:27 

Prezident sərəncam imzaladı

05.11.2025  11:40 

Xəzər dənizində zəlzələ olub


BÜTÜN XƏBƏRLƏR +