Qaradağda palçıq vulkanı püskürüb
Sabiq MTN generalı Nizami Şirinov azadlığa çıxıb
Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib
Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib
Qatarda halı pisləşən sərnişin vəfat edib
Bu sahələrdə orta aylıq əməkhaqqı daha yüksək olub
Qorxu və vahimə hissi olan ərazi - Sibir
30 film istehsalat mərhələsindədir - Rəşad Əzizov


20.12.2023  11:38 

Mərkəzi Bank növbəti dəfə uçot dərəcəsini endirdi





A+  A-

Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti dəfə uçot dərəcəsini endirib.

Xəzərnews.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

“Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 8.5%-dən 8.0%-ə, faiz dəhlizinin aşağı həddi 7.0%-dən 6.5%-ə, faiz dəhlizinin yuxarı həddi isə 9.5%-dən 9.0%-ə endirilmişdir.

Bu qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf dəhlizində (4±2%) olması, inflyasiya gözləntilərinin stabilləşməsi, eləcə də valyuta bazarında izafi təklif nəzərə alınmaqla verilmişdir”, - AMB-nin məlumatında deyilir.

Qeyd olunub ki, bu qərar 21 dekabr 2023-cü ildən qüvvəyə minir:

“Faiz dəhlizinin parametrləri ilə bağlı qәrarların 2024-cü il üzrə ictimaiyyətə açıqlanması qrafiki bu ilin sonunda yayımlanacaqdır”.

Xəbər 2772 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +