Yaşıllıqlara 135 560 manat məbləğində ziyan dəyib
Bu, emosiyaların böhranı idi... - Putin
USCIRF komissarı Kiyevdə UABD rəhbərliyi ilə görüşüb - Foto
Sivilizasiyadan uzaq: Nenlər necə yaşayır?
Şübhəli təmirlər: Məktəblər niyə açıqlanmır?
Oqtay Şirəliyevin yerinə baş direktor seçildi
Sosial medianın hökmran dövrü – Brendlərin yeni meydanı
Bakıda polisə kəsici alətlə müqavimət... - Şübhəli saxlanıldı
Əliyev və Paşinyan sülhə doğru irəliləyişi müzakirə ediblər
Azərbaycanlı qız Nyu-Yorkda faciəvi şəkildə öldü


10.10.2025  16:38 

Şübhəli təmirlər: Məktəblər niyə açıqlanmır?





A+  A-

Elm və Təhsil Nazirliyi "respublikanın bir sıra təhsil müəssisələri"ndə kommunal-kommunikasiya və abadlıq işləri aparacaq.

Bununla bağlı nazirliyin elan etdiyi tenderə yekun vurulub. Tenderin qalibi "S.H. İnşaat Xidməti” MMC olub.

Nazirlik sözügedən şirkətlə 8.095.862,39 AZN-lik müqavilə imzalayıb. Bu məbləğ satınalma predmetinin ehtimal olunan qiymətindən 1 207 073,42 AZN azdır.

Maraqlıdır ki, nazirlik təmir və abadlıq işlərinin aparılması ilə bağlı məlumat qeyd etsə də, həmin abadlıq işlərinin hansı məktəblərdə aparıldığı açıqlanmayıb. Bu da tenderlə bağlı şübhələri artırır.

Məlumat üçün bildirək ki, Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Tikinti və Təchizat İdarəsi hələ ötən il də "S.H İnşaat Xidməti" ilə yuxarıda qeyd edilən satınalma predmeti üzrə 3 492 100,54 AZN-lik satılnalma müqaviləsi imzalamışdı.

Həmin ildə nazirlik bir çox məktəblərdə təmir-tikinti ilə bağlı elan etdiyi tenderlərin nəticələrin və qalib şirkətlərin adlarını açıqlasa da, abadlıq işləri apardığı təhsil müəssisələrin adlarını qeyd etmir. Bu da həmin tenderlərlə bağlı şübhəli məqamların olduğunu göstərir.

Qanuni təmsilçisi Səməd İsmayıl oğlu Heydərov olan şirkət haqqında açıq mənbələrdə əlavə məlumatlara rast gəlinmir. Nizamnamə kapitalı 50 manat olan şirkət bir çox dövlət qurumlarının keçirdiyi iri məbləğli tenderlərin qalibi olub./Qaynarinfo

Xəbər 984 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

10.10.2025  10:20 

Millimiz Fransaya qarşı

10.10.2025  01:27 

Rusiyada təyyarə qəzaya uğrayıb


BÜTÜN XƏBƏRLƏR +