Yaşıllıqlara 135 560 manat məbləğində ziyan dəyib
Bu, emosiyaların böhranı idi... - Putin
USCIRF komissarı Kiyevdə UABD rəhbərliyi ilə görüşüb - Foto
Sivilizasiyadan uzaq: Nenlər necə yaşayır?
Şübhəli təmirlər: Məktəblər niyə açıqlanmır?
Oqtay Şirəliyevin yerinə baş direktor seçildi
Sosial medianın hökmran dövrü – Brendlərin yeni meydanı
Bakıda polisə kəsici alətlə müqavimət... - Şübhəli saxlanıldı
Əliyev və Paşinyan sülhə doğru irəliləyişi müzakirə ediblər
Azərbaycanlı qız Nyu-Yorkda faciəvi şəkildə öldü


30.10.2023  13:07 

Azərbaycan Ukraynaya daha 14 TIR yardım göndərdi





A+  A-

Azərbaycan Ukrayna xalqına humanitar yardım göstərilməsi məqsədilə nəzərdə tutulmuş elektrik avadanlıqlarının birinci hissəsi bu gün Sumqayıt Texnologiyalar Parkının ərazisindən yola salınıb.

Xəzərnews.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il 17 iyul tarixli Sərəncamına uyğun olaraq Energetika Nazirliyinin tədarük etdiyi humanitar yükə 555 min metrdən çox elektrik kabelləri və naqilləri daxildir.

14 TIR-dan ibarət yük avtomobili karvanının daşıdığı humanitar məqsədli mallar Ukraynadakı mövcud vəziyyətlə əlaqədar zərər çəkmiş ərazilərin elektrik enerjisi ilə dayanıqlı təchizatının bərpasına dəstək üçün göndərilir.

Ukrayna tərəfindən daxil olmuş müraciətlər əsasında təşkil olunan və ümumi dəyəri 7,6 milyon ABŞ dolları olan sözügedən yardımın növbəti hissələrinin yaxın müddət ərzində yola salınması planlaşdırılır.

Xatırladaq ki, Ukraynaya bundan əvvəl də ölkəmiz tərəfindən elektrik avadanlıqları ilə bağlı humanitar yardım göndərilib. Yaranmış böhranla əlaqədar Azərbaycan Respublikasının Ukraynaya göstərdiyi humanitar, o cümlədən bərpa və yenidənqurma işlərinə dəstək xarakterli yardımın ümumi məbləği artıq 33 milyon ABŞ dollarından çoxdur.

Həyata keçirilən humanitar yardım fəaliyyətləri çərçivəsində müharibədən zərər çəkmiş, ailə üzvlərini itirmiş ümumilikdə 154 ukraynalı uşaq tibbi və sosial-psixoloji reabilitasiya məqsədilə ölkəmizə gətirilib. İrpen şəhərində hərbi əməliyyatlar nəticəsində dağılmış Zərifə Əliyeva adına “Linqvist” humanitar liseyi tam bərpa edilib, habelə həmin şəhərdə ciddi dağıntılara məruz qalmış bir sıra sosial təyinatlı obyektlərin Azərbaycan tərəfindən əsaslı bərpası ilə bağlı hazırda müvafiq işlər aparılmaqdadır.


Xəbər 2774 dəfə oxunub.




10.10.2025  10:20 

Millimiz Fransaya qarşı

10.10.2025  01:27 

Rusiyada təyyarə qəzaya uğrayıb


BÜTÜN XƏBƏRLƏR +