Şübhəli təmirlər: Məktəblər niyə açıqlanmır?
Oqtay Şirəliyevin yerinə baş direktor seçildi
Bakıda polisə kəsici alətlə müqavimət... - Şübhəli saxlanıldı
Əliyev və Paşinyan sülhə doğru irəliləyişi müzakirə ediblər
Azərbaycanlı qız Nyu-Yorkda faciəvi şəkildə öldü
30 gün düşünmək, araşdırmaq nəyə lazımdır? - Deputat
Əliyevlə Putin səmimi şəkildə qucaqlaşdılar - Video
Bakıda həbs edilən İqor Kartavıx sərbəst buraxılıb
Deputatla spiker arasında maraqlı dialoq
Rusiya tərəfi Məmmədəli Ağayevi azadlığa buraxıb


04.12.2022  19:04 

Ukraynada 9400-dən çox dinc sakin həlak olub





A+  A-

Rusiyanın Ukraynada törətdiyi terror aktları səbəbindən mülki əhali əziyyət çəkir və ölənlərin sayı hər gün artır.

XəzərNews.az xəbər verir ki, bu barədə daxili işlər nazirinin birinci müavini Yevgeni Yenin telemarafonun efirində danışıb.

"Milli Polisin məlumatına görə, 9400-dən çox dinc sakin həlak olub, daha 6800-ə yaxın insan yaralanıb. Təəssüf ki, onların arasında uşaqlar da var: Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri 461 uşaq ölüb", - Yenin bildirib.

Onun sözlərinə görə, polis Ukrayna qoşunlarının azad etdiyi ərazilərdə düşmənin yeni cinayətlərini qeydə alır.

Belə ki, Xerson vilayətinin işğaldan azad edilmiş ərazisində Milli Polisin müstəntiqləri artıq 600-ə yaxın hərbi cinayəti sənədləşdiriblər.

Yeninin məlumatına görə, ən çox atəşə tutulan Xarkov vilayətində polis 3400 hərbi cinayət qeydə alıb.

"Xarkov vilayətinin işğaldan azad edilmiş ərazilərində artıq 900-ə yaxın cəsədin şəxsiyyəti müəyyən edilib ki, onlardan 700-ü mülki, 80-dən çoxu hərbçi, 100-dən çoxu isə Rusiya hərbçiləridir. Xerson vilayətində 111 cəsəd tapılıb, onlardan 75-i mülki şəxsdir”, - deyə DİN rəhbərinin birinci müavini bildirib.

O, həmçinin qeyd edib ki, düşmən kritik infrastruktur obyektlərinə zərbələr endirməkdə davam edir. Səkkiz rayonda 507 yaşayış məntəqəsində elektrik enerjisi verilmir. Ən çox Xarkov vilayəti əziyyət çəkir, burada 112 yaşayış məntəqəsi, Donetsk və Xerson - 90-dan çox, Nikolayev - 82, Zaporojye vilayəti - 76, Luqansk - 43 yaşayış məntəqəsi enerjisizdir.

Y.Əlican
XəzərNews.az


Xəbər 2720 dəfə oxunub.




10.10.2025  10:20 

Millimiz Fransaya qarşı

10.10.2025  01:27 

Rusiyada təyyarə qəzaya uğrayıb


BÜTÜN XƏBƏRLƏR +