Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib
Qatarda halı pisləşən sərnişin vəfat edib
Bu sahələrdə orta aylıq əməkhaqqı daha yüksək olub
Qorxu və vahimə hissi olan ərazi - Sibir
30 film istehsalat mərhələsindədir - Rəşad Əzizov
Yaşıllıqlara 135 560 manat məbləğində ziyan dəyib
USCIRF komissarı Kiyevdə UABD rəhbərliyi ilə görüşüb - Foto
Sivilizasiyadan uzaq: Nenlər necə yaşayır?


27.11.2022  11:01 

“Görünməmiş mütləq güc” - Kim Çen Inın hədəfi





A+  A-

Pxenyanın əsas məqsədi dünyanın ən güclü strateji nüvə qüvvələrinin yaradılmasına nail olmaqdır.

XəzərNews.az xarici mediaya istinadla xəbər verir ki, bunu ölkə lideri Kim Çen In müdafiə sahəsində tədqiqatlar sahəsinin rəhbərləri və alimlərin hərbi rütbələrdə irəli çəkilməsi münasibətilə keçirilən tədbirdə deyib.

O qeyd edib ki, görünməmiş mütləq gücə sahib olmaq Şimali Koreya xalqının və dövlətinin ləyaqətini və suverenliyini qoruyacaq:

"Dövlətin və xalqın ləyaqətinin və suverenliyinin əbədi etibarlı müdafiəsinə yönəlmiş nüvə silahlı qüvvələrinin yaradılması üzrə yorulmaz işimiz ən böyük və ən mühüm inqilabi işdir...".

O, yeni tip ICBM "Hwaseong-17"-ni uğurla inkişaf etdirən və təkmilləşdirən müdafiə tədqiqat sahəsinin rəhbərlərinə və sıravi alimlərinə təşəkkür edib.

Qeyd edək ki, sentyabrın birinci yarısında Kim Çen In ölkəsini rəsmi olaraq nüvə dövləti elan etdi. O, Pxenyanın heç vaxt tərksilah edilməyəcəyini bəyan edib. Bu açıqlaması ilə o, Şimali Koreya yarımadanın nüvəsizləşdirilməsi ilə bağlı danışıqlardan imtina edib.

Yusif Əlican
XəzərNews.az


Xəbər 2368 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +