Qaradağda palçıq vulkanı püskürüb
Sabiq MTN generalı Nizami Şirinov azadlığa çıxıb
Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib
Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib
Qatarda halı pisləşən sərnişin vəfat edib
Bu sahələrdə orta aylıq əməkhaqqı daha yüksək olub
Qorxu və vahimə hissi olan ərazi - Sibir
30 film istehsalat mərhələsindədir - Rəşad Əzizov


25.11.2022  11:01 

Prokurorluq Makronun prezident seçildiyi illəri araşdırır





A+  A-

Fransada prokurorluğu 2017 və 2022-ci illərdə prezident seçkiləri kampaniyalarının maliyyələşdirilməsində "qanunsuzluq" ittihamı ilə Yelisey Sarayı və hökumətin məsləhətçisi olan McKinsey şirkətinin rolu ilə bağlı araşdırma başlayıb.

XəzərNews.az xəbər verir ki, Milli Maliyyə Prokurorluğundan verilən açıqlamaya görə, noyabr ayında başladılan istintaqda Makronun prezident seçildiyi 2017 və 2022-ci illərdəki seçki kampaniyalarının maliyyələşdirilməsində “qanunsuzluqlar” və məsləhət şirkətlərinin hansı şərtlər daxilində müdaxiləsi araşdırılacaq.

Bəzi məsələlərdə şirkətə üstünlük verilməsi ilə bağlı növbəti araşdırmanı açan prokurorluq, Makron və McKinsey arasındakı əlaqəni və şirkətin məsləhət müqavilələri ilə necə maliyyələşdiyini araşdıracaq.

Qeyd edək ki, Fransanın Milli Maliyyə Prokurorluğu (PNF) hələ aprelin 6-da Yelisey Sarayına və hökumət üçün məsləhətçilik funksiyalarını yerinə yetirən ABŞ-da yerləşən McKinsey şirkətinə qarşı vergidən yayınma ilə bağlı ilkin araşdırma açdığını elan edib.

Daha sonra prokurorluğun qərarı ilə şirkətin Parisdəki baş ofisində axtarış aparılıb.

Yusif Əli
XəzərNews.az


Xəbər 2481 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +