Yaşıllıqlara 135 560 manat məbləğində ziyan dəyib
Bu, emosiyaların böhranı idi... - Putin
USCIRF komissarı Kiyevdə UABD rəhbərliyi ilə görüşüb - Foto
Sivilizasiyadan uzaq: Nenlər necə yaşayır?
Şübhəli təmirlər: Məktəblər niyə açıqlanmır?
Oqtay Şirəliyevin yerinə baş direktor seçildi
Sosial medianın hökmran dövrü – Brendlərin yeni meydanı
Bakıda polisə kəsici alətlə müqavimət... - Şübhəli saxlanıldı
Əliyev və Paşinyan sülhə doğru irəliləyişi müzakirə ediblər
Azərbaycanlı qız Nyu-Yorkda faciəvi şəkildə öldü


21.11.2022  10:00 

Şəhid ailəsinə verilən evin tavanı tökülür - Fotolar





A+  A-

Şəhid Raqim Hadıyevin ailəsinə Lənkəran şəhərində verilən bir otaqlı mənzilin tavanına vurulan ağ üzlük tökülür.

Bu barədə məlumatı XəzərNews.az-a şəhidin anası Nəzakət Hadıyeva verib.

N.Hadıyeva qeyd edib ki, Lənkəran şəhərindən 25-30 km məsafədə yerləşən Alazəpin kəndində yaşayırlar:

“Həftədə ən azı iki dəfə Lənkərana həkimə gəlirəm, arada gəlib şəhərdəki bir otaqlı mənzildə istirahət edir, təkrar kəndə dönürük. Bu dəfə gələndə evin tavanına vurulan ağ üzlüyün uçulub töküldüyünü görmüşəm. Ola bilsin ustalar məsuliyyətsizlik edib. Amma belə də olmaz axı”.

N.Hadıyeva bildirib ki, şəhid Raqım Hadıyev onun yeganə oğul övladı olub:

“Raqim şəhid olandan sonra mənim xəstəliyimi nəzərə alıb qızlarımdan biri ailəsi ilə bizimlə qalır. Onlar olmasa hərəkət edə bilmərəm, qulluğumda durur, iynə-dərmanımı verir, yemək-içməyimi hazırlayırlar. Hazırda ailə üzvlərimizin sayı 5 nəfərdir. Dövlət sağ olsun, bizə Lənkərən şəhərində 1 otaqlı ev verib, o da bu sayda ailə üçün çox kiçikdir. Dövlətin verdiyi bir otqalı evdə də böyük ailə ilə yaşamaq çətindir”.

Şəhid anası bildirib ki, mənzildə yaşaya bilmirsə onu boş saxlamağın da mənası yoxdur:

“Bizə bu evi yaşamaq üçün veriblər, biz də ailədə çoxuq deyə yaşaya bilmirik. Xahiş etdik ki, bu evi ehtiyacı olan başqasına versinlər, bizə isə heç olmasa həyət evi tiksinlər.”

N.Hadıyeva əlavə edib ki, aidiyyatı qurumlara dəfələrlə müraciət etsələr də hələ ki, müsbət cavab verən yoxdur.

Yusif Əli
XəzərNews.az










Xəbər 2503 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

10.10.2025  10:20 

Millimiz Fransaya qarşı

10.10.2025  01:27 

Rusiyada təyyarə qəzaya uğrayıb


BÜTÜN XƏBƏRLƏR +