Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib
Qatarda halı pisləşən sərnişin vəfat edib
Bu sahələrdə orta aylıq əməkhaqqı daha yüksək olub
Qorxu və vahimə hissi olan ərazi - Sibir
30 film istehsalat mərhələsindədir - Rəşad Əzizov
Yaşıllıqlara 135 560 manat məbləğində ziyan dəyib
USCIRF komissarı Kiyevdə UABD rəhbərliyi ilə görüşüb - Foto
Sivilizasiyadan uzaq: Nenlər necə yaşayır?


18.11.2021  16:53 

Deputat İqbal Məmmədovla bağlı daha bir qalmaqal





A+  A-

Deputat İqbal Məmmədovla dövlət qurumları arasında növbəti dəfə insident yaranıb.

XezerNews.az Bakupost.az -a istinadən xəbər verir ki, bu dəfəki hadisə Astarada baş verib.

Bir valideyn hüquq-mühafizə orqanlarına müraciət edərək, azyaşlı övladının Astarada yerləşən “Relax” istirahət mərkəzində işlədildiyini bildirib.

Araşdırmalar zamanı məlum olub ki, “Relax”da bir yox, bir neçə yetkinlik yaşına çatmayan şəxs qanunsuz əməyə cəlb olunub. İstirahət mərkəzi vergi orqanlarında deputatın həyat yoldaşı Kəmalə Məmmədovanın adına sənədləşdirilib.

Lakin Kəmalə Məmmədovanı tapmaq əsl müşkülə çevrilib.

Belə ki, o, vergi orqanlarında göstərdiyi ünvanda yaşamır, təqdim etdiyi telefon nömrəsi isə mövcud deyil. İş prokurorluq tərəfindən Lənkəran regional Dövlət Əmək Müfəttişliyi Xidmətinə göndərilib.

Fakt təsdiqini tapdığından, fərdi sahibkar Kəmalə Məmmədova 3000 manat məbləğində cərimə olunub. Cərimənin ən aşağı həddə təyin olunmasının səbəbi İqbal Məmmədovun həyat yoldaşının onu nağd şəkildə və dərhal ödəmək istəməsi olub.

Xəbər 4579 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +