Sivilizasiyadan uzaq: Nenlər necə yaşayır?
Şübhəli təmirlər: Məktəblər niyə açıqlanmır?
Oqtay Şirəliyevin yerinə baş direktor seçildi
Bakıda polisə kəsici alətlə müqavimət... - Şübhəli saxlanıldı
Əliyev və Paşinyan sülhə doğru irəliləyişi müzakirə ediblər
Azərbaycanlı qız Nyu-Yorkda faciəvi şəkildə öldü
30 gün düşünmək, araşdırmaq nəyə lazımdır? - Deputat
Əliyevlə Putin səmimi şəkildə qucaqlaşdılar - Video
Bakıda həbs edilən İqor Kartavıx sərbəst buraxılıb
Deputatla spiker arasında maraqlı dialoq


07.07.2021  09:57 

İraqda Ərbil aeroportu atəşə tutuldu





A+  A-

İraqın Kürd Muxtar Əyalətindəki Ərbil aeroportu raket atəşinə məruz qalıb, onun üzərindəki hava məkanı tamamilə bağlanıb.
Bu barədə XəzərNews.az “Al Arabiya” telekanalına istinadən xəbər verir.

Mənbənin məlumatına görə, hücumdan sonra uçuş sahəsində duran təyyarələrdən bütün sərnişinlər evakuasiya edilib. Hava limanının işıqlandırması tamamilə söndürülüb. Mümkün zərər barədə hələ məlumat yoxdur.

ABŞ-ın Ərbildəki Konsulluğunda hava həyəcanı siqnallarının işə düşdüyü də bildirilir.

“Shafaq news” muxtar regionun antiterror idarəsinə istinadən bildirib ki, aeroport pilotsuz uçan aparatla atəşə tutulub. Hücum nəticəsində xəsarət alan olmayıb.

Xəbər 3636 dəfə oxunub.




10.10.2025  10:20 

Millimiz Fransaya qarşı

10.10.2025  01:27 

Rusiyada təyyarə qəzaya uğrayıb


BÜTÜN XƏBƏRLƏR +