Qaradağda palçıq vulkanı püskürüb
Sabiq MTN generalı Nizami Şirinov azadlığa çıxıb
Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib
Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib
Qatarda halı pisləşən sərnişin vəfat edib
Bu sahələrdə orta aylıq əməkhaqqı daha yüksək olub
Qorxu və vahimə hissi olan ərazi - Sibir
30 film istehsalat mərhələsindədir - Rəşad Əzizov


21.08.2020  20:48 

Pekində maskasız gəzməyə icazə verildi





A+  A-

Çinin paytaxtı Pekində koronavirus infeksiyasına yoluxma hallarının azalması fonunda sakinlər artıq qoruyucu maskalardan istifadə etməyə bilərlər.
XəzərNews.az bildirir ki, bu barədə “Reuters” xəbər verib.

Qərarı yerli hakimiyyət orqanları qəbul edib. Buna səbəb şəhərdə son 13 gün ərzində koronavirusa yoluxma halının qeydə alınmaması olub. Lakin sakinlərin böyük hissəsi yenə də maska taxmaqda davam edir. Onlar maskalarının olmaması səbəbindən qınaq obyektinə çevrilməkdən qorxurlar.

Bu, artıq ikinci dəfədir ki, Pekində məcburi maska taxmaq tələbi aradan qaldırılır. İlk dəfə belə bir qərar aprel ayında qəbul edilmişdi, lakin iyun ayında yoluxmanın artması bu məhdudiyyətin geri qaytarılmasına gətirib çıxarmışdı.



Xəbər 4074 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +