Qaradağda palçıq vulkanı püskürüb
Sabiq MTN generalı Nizami Şirinov azadlığa çıxıb
Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib
Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib
Qatarda halı pisləşən sərnişin vəfat edib
Bu sahələrdə orta aylıq əməkhaqqı daha yüksək olub
Qorxu və vahimə hissi olan ərazi - Sibir
30 film istehsalat mərhələsindədir - Rəşad Əzizov


06.04.2020  11:05 

Vətəndaşların nəzərinə! - “Gündə yalnız bir dəfə evdən çıxmağa icazə verilir”





A+  A-

"Vətəndaşlar marketə və aptekə getmək üçün ayrı-ayrı icazə ala bilməz".
XəzərNews.az-ın verdiyi xəbərə görə, bunu Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev İTV-də çıxışı zamanı deyib. O, "səhər icazə alıb marketə getmişəm, amma 4-5 saat sonra təcili olaraq aptekdən dərman almalıyam. Bu zaman nə etməliyəm?" sualına cavab olaraq bildirib ki, vətəndaşlara gün ərzində yalnız bir dəfə evdən çıxmağa icazə verilir: "Ona görə də vətəndaş həmin gün ona nə lazımdırsa, əvvəlcədən nəzərə almalıdır. Lakin əgər səhhətində problem yaranarsa, 1-ci bənd üzrə təxirəsalınmaz tədbirlər üçün icazə alıb evdən çıxa bilər".

TƏBİB sədri Ramin Bayramlı əlavə edib ki, əgər vətəndaşın səhhətində problem yaranarsa, bunun üçün küçəyə çıxmağa ehtiyac yoxdur: "Siz 103-ə zəng edəcəksiniz, bizim həkimlərimiz sizin ünvana gələcəklər".

Xəbər 3156 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +