Qaradağda palçıq vulkanı püskürüb
Sabiq MTN generalı Nizami Şirinov azadlığa çıxıb
Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib
Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib
Qatarda halı pisləşən sərnişin vəfat edib
Bu sahələrdə orta aylıq əməkhaqqı daha yüksək olub
Qorxu və vahimə hissi olan ərazi - Sibir
30 film istehsalat mərhələsindədir - Rəşad Əzizov


23.01.2020  12:09 

İnam Kərimovun qəbul vaxtı dəyişdirildi





A+  A-

Kənd Təsərrüfatı naziri İnam Kərimovun Saatlıda vətəndaş qəbulunun vaxtı dəyişdirilib.
XəzərNews.az-ın məlumatına görə, nazir İnam Kərimov yanvarın 25-də saat 11:00-da Saatlı Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Saatlı və Sabirabad rayonlarından olan vətəndaşları qəbul edəcək.

Həmin gün saat 11:00-da Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev Nefçala Dövlət Aqrar İnkişaf Mərkəzində Nefçala və Salyan rayonlarından, nazir müavini Elçin Zeynalov Hacıqabul Dövlət Aqrar İnkişaf Mərkəzində Hacıqabul rayonu və Şirvan şəhərindən olan vətəndaşları qəbul edəcək.

Vətəndaş qəbulunda iştirak etmək istəyənlər Saatlı Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-332-29-98), Nefçala Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-355-13-38) Hacıqabul Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-277-22-74) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi” (1652) və elektron poçtu ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.

Xəbər 2984 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +