Sivilizasiyadan uzaq: Nenlər necə yaşayır?
Şübhəli təmirlər: Məktəblər niyə açıqlanmır?
Oqtay Şirəliyevin yerinə baş direktor seçildi
Bakıda polisə kəsici alətlə müqavimət... - Şübhəli saxlanıldı
Əliyev və Paşinyan sülhə doğru irəliləyişi müzakirə ediblər
Azərbaycanlı qız Nyu-Yorkda faciəvi şəkildə öldü
30 gün düşünmək, araşdırmaq nəyə lazımdır? - Deputat
Əliyevlə Putin səmimi şəkildə qucaqlaşdılar - Video
Bakıda həbs edilən İqor Kartavıx sərbəst buraxılıb
Deputatla spiker arasında maraqlı dialoq


07.03.2019  16:52 

“Həkimlər aylıq 10-90 min qazanırdılar” - “Dərman mafiyası” işi





A+  A-

Bakı Ağır Cinayətlər Məhkəməsində dərman vasitələrinin qanunsuz dövriyyəsi və qaçaqmalçılıqda təqsirləndirilən Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin sabiq rəisi Fikrət Qədiməliyev, müavini Fərman Məmmədli və digər şəxslərin məhkəməsi keçirilib.
XəzərNews.az-ın verdiyi xəbərə görə, Gömrük Hospitalının Planlama və Marketinq şöbəsinin müdiri Leyla Mustafayeva şahid qismində ifadə verərək deyib ki, hospitalda işləyən həkimlər müxtəlif faizlər alıblar:

“Həkimlər öz işlərini əlyazma ilə bizə təqdim edirdi. Biz də onları komputerdə yığaraq sənəd formasında Fərman Məmmədliyə verirdik. Daha sonra Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyev sənədlərə imza atırdı.

Mən maaşımın rəsmi hissəsini - 170 manatı kartla, 1000 manatını isə nağd şəkildə alırdım. Həkimlər aylıq 10-90 min manat arası qazanırdılar, daha çox cərrahlar alırdı”.

İdarənin arxiv işçisi Nəzakət Cəlalqızı bildirib ki, orada baş verənlərdən ancaq Maliyyə Nazirliyinin yoxlamalarından sonra xəbər tutub.

Hospitalın Satınalma Şöbəsinin mütəxəssisi Vüsalə Əliyeva bildirib ki, bütün prosesləri idarə rəisi Fikrət Qədiməliyevin icazəsi ilə həyata keçiriblər.

Proses martın 11-də davam etdiriləcək.

Xəbər 2805 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

10.10.2025  10:20 

Millimiz Fransaya qarşı

10.10.2025  01:27 

Rusiyada təyyarə qəzaya uğrayıb


BÜTÜN XƏBƏRLƏR +