Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib
Qatarda halı pisləşən sərnişin vəfat edib
Bu sahələrdə orta aylıq əməkhaqqı daha yüksək olub
Qorxu və vahimə hissi olan ərazi - Sibir
30 film istehsalat mərhələsindədir - Rəşad Əzizov
Yaşıllıqlara 135 560 manat məbləğində ziyan dəyib
USCIRF komissarı Kiyevdə UABD rəhbərliyi ilə görüşüb - Foto
Sivilizasiyadan uzaq: Nenlər necə yaşayır?


23.12.2018  17:35 

Vəkilliyə qəbul imtahanının nəticələri açıqlandı





A+  A-

Dekabrın 23-də Dövlət İmtahan Mərkəzinin Kompüter Mərkəzində Vəkillər Kollegiyası və Dövlət İmtahan Mərkəzi ilə birgə vəkilliyə qəbul üzrə yazılı test imtahanı keçirilib.
Vəkillər Kollegiyasından XəzərNews.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına əsasən, ixtisas imtahanlarının müntəzəm keçirilməsini təşkil etməklə, Vəkillər Kollegiyasına yeni üzvlərin, xüsusən gənc hüquqşünasların qəbul edilməsi üçün şərait yaradılması barədə tövsiyəsi rəhbər tutularaq cari ilin aprel ayında başlanmış sənəd qəbulu nəticəsində 150 nəfər hüquqşünas vəkil olmaq üçün öz namizədliyini irəli sürüb və 3 saat davam edən imtahanda bilavasitə 138 nəfər iştirak edib, onlardan 106 nəfəri 60 və daha yüksək bal toplayıb ki, bu da 76,8 faiz təşkil edir.
Ən yüksək nəticə göstərən namizəd 94 bal toplayıb.

Şəffaf şəraitdə keçirilən imtahanda bir çox yerli və beynəlxalq, dövlət və qeyri-hökumət təşkilatlarından müşahidəçilər, televiziya və mətbuat nümayəndələri iştirak edib.
Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün keçirilmiş test imtahanından müvəffəqiyyət qazanmış namizədlərin siyahısı Kollegiyanın rəsmi internet səhifəsində (www.barassociation.az) yerləşdirilib.

Xəbər 3031 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +