Sivilizasiyadan uzaq: Nenlər necə yaşayır?
Şübhəli təmirlər: Məktəblər niyə açıqlanmır?
Oqtay Şirəliyevin yerinə baş direktor seçildi
Bakıda polisə kəsici alətlə müqavimət... - Şübhəli saxlanıldı
Əliyev və Paşinyan sülhə doğru irəliləyişi müzakirə ediblər
Azərbaycanlı qız Nyu-Yorkda faciəvi şəkildə öldü
30 gün düşünmək, araşdırmaq nəyə lazımdır? - Deputat
Əliyevlə Putin səmimi şəkildə qucaqlaşdılar - Video
Bakıda həbs edilən İqor Kartavıx sərbəst buraxılıb
Deputatla spiker arasında maraqlı dialoq


23.11.2018  14:07 

Hadi Rəsəbli: “Pensiya almaq istəyənlərə 25 illik staj hədiyyə olunacaq”





A+  A-

“Həmişə hər bir vətəndaş yaşa görə əmək pensiyasına çıxan zaman ondan 25 il staj tələb olunurdu. Bu staj olmayan zaman isə müraciət edən vətəndaş pensiyaya çıxa bilmirdi və müəyyən problemlər yaranırdı”.
XəzərNews.az-ın məlumatına görə, bu sözləri Modern.az-a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli “Əmək pensiyaları haqqında” qanuna təklif olunan dəyişiklikləri şərh edərkən deyib.

Komitə sədri bildirib ki, dəyişikliyə görə pensiya almaq üçün müraciət edən hər bir vətəndaşa 2006-cı ilə qədər 25 il staj hesablanacaq.

“Məsələn, bir adam pensiyaya çıxmaq istəyir və onun 25 il stajı yoxdur. Bu zaman isə ona 2006-cı ilə qədər 25 il staj hesablanacaq. Hesab edirik ki, bu hesabla da pensiya hüququ əldə edən vətəndaşların sayı və onlara ödəniləcək məbləğ artacaq. Məhz bu məqsədlə 2019-cu ilin dövlət büdcəsində əlavə 342 milyon manat vəsait ayrılıb”.

Qeyd edək ki, “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik Milli Məclisin noyabrın 27-də və 30-da keçiriləcək iclasının gündəliyinə daxil edilib.

Xəbər 3163 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

10.10.2025  10:20 

Millimiz Fransaya qarşı

10.10.2025  01:27 

Rusiyada təyyarə qəzaya uğrayıb


BÜTÜN XƏBƏRLƏR +