Şübhəli təmirlər: Məktəblər niyə açıqlanmır?
Oqtay Şirəliyevin yerinə baş direktor seçildi
Bakıda polisə kəsici alətlə müqavimət... - Şübhəli saxlanıldı
Əliyev və Paşinyan sülhə doğru irəliləyişi müzakirə ediblər
Azərbaycanlı qız Nyu-Yorkda faciəvi şəkildə öldü
30 gün düşünmək, araşdırmaq nəyə lazımdır? - Deputat
Əliyevlə Putin səmimi şəkildə qucaqlaşdılar - Video
Bakıda həbs edilən İqor Kartavıx sərbəst buraxılıb
Deputatla spiker arasında maraqlı dialoq
Rusiya tərəfi Məmmədəli Ağayevi azadlığa buraxıb


12.10.2017  10:17 

Dünya azərbaycanlıları Nazim İbrahimovun komitəsindən razı deyil - Sorğu





A+  A-

Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu bir neçə gündür http://aze.in.ua/ saytında dünyada yaşayan azərbaycanlılara müraciət edərək “Siz Diasporla İş üzrə Dövlət Komitəsinin işindən razısınızmı?” adlı sorğu keçirir.
XəzərNews.az xəbər verir ki, sorğunun hazırkı gedişi barədə məlumat yayan Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu və Dünya Azərbaycanlıları Beynəlxalq Koordinasiya Mərkəzinin sədri Hikmət Cavadov bildirib ki, indiki nəticələr gözlənilən olsa da, onu sevindirməyib: “Axı, kor nə istər ki?.. Əfsuslar olsun ki, reallıq budur, əziz diasporumuz!”
Qeyd edək ki, bu günədək sorğuda iştirak edən 1405 nəfərin 71-i (5 faiz) Komitənin fəaliyyətindən razıdır. Sorğu iştirakçılarının 746 nəfəri (53 faiz) razı qalmadığına, 588 (42 faiz) nəfər isə Komitənin bağlanmasına səs verib.
H.Cavadov sorğunun nəticələrinə əsasən bəyanat yayacaqlarını bildirib: “Ürəyimiz Azərbaycanla döyünür! Dövlətimiz üçün canımız fəda olsun!”


Xəbər 3599 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

10.10.2025  10:20 

Millimiz Fransaya qarşı

10.10.2025  01:27 

Rusiyada təyyarə qəzaya uğrayıb


BÜTÜN XƏBƏRLƏR +