Sivilizasiyadan uzaq: Nenlər necə yaşayır?
Şübhəli təmirlər: Məktəblər niyə açıqlanmır?
Oqtay Şirəliyevin yerinə baş direktor seçildi
Bakıda polisə kəsici alətlə müqavimət... - Şübhəli saxlanıldı
Əliyev və Paşinyan sülhə doğru irəliləyişi müzakirə ediblər
Azərbaycanlı qız Nyu-Yorkda faciəvi şəkildə öldü
30 gün düşünmək, araşdırmaq nəyə lazımdır? - Deputat
Əliyevlə Putin səmimi şəkildə qucaqlaşdılar - Video
Bakıda həbs edilən İqor Kartavıx sərbəst buraxılıb
Deputatla spiker arasında maraqlı dialoq


23.02.2025  20:16 

Almaniyada seçki: Onlar gəlsə miqrantların işi bitdi...





A+  A-

Almaniyada ölkənin növbəti liderini müəyyən edəcək növbədənkənar federal seçkiləri keçirilir.

Seçki kampaniyaları zamanı hazırkı kansler Olaf Şolz və hakim qrupu “Xristian Demokratlar İttifaqı-XDİ” və ifrat sağçı “Almaniya naminə Alternativ-AfD” partiyasının güclü müqaviməti ilə üz-üzədir.

İlk üçlükdə olan “Almaniya naminə Alternativ-AfD” təxminən ABŞ prezidenti Trampın siyasətinə oxşar siyasət yürüdəcəyini vəd edib.

- Sərhədləri 100 gün ərzində tamamilə bağlayacaqlar.

- Sığınacaq axtaranlar üçün subsidiyaları ləğvini tətbiq edəcəklər;

- Almaniya iqtisadiyyatı ilə bağlı Avropa Kommisiyasının məntiqsiz və fransa yönümlü qərarlarından müstəqil idarə edəcəklər və s.

Trampın protektsionist siyasətinin bütün dünya üçün nümunə olacağı ilə bağlı proqnozları hələ onun birinci namizədliyi dövründə bölüşdüyüm məqaləni tapıb link bölməsində paylaşacam.

Hakim komandanın uğursuzluğunu şərtləndirən çoxlu əsaslar var , mən bir neçəsini bölüşürəm.

- Seçki platformasında miqrasiya siyasətində real dəyişikliklərə səbəb olacaq təkliflər yoxdur.

- Qeyri-qanuni miqrasiyanın ucuz işçi qüvvəsi kimi qiymətləndirilməsi təklif olunur.

- iqtisadi reformlar adı altında iqlim mövzularına əsaslanan yerdəyişmə və yenidən mərkəzləşmə təklifləri var.

- Söz azadlığı sadəcə sənədlərdə və Aİ adından başqalarına təzyiq mexanizmi var. Ölkə boyu tənqidçilər təhqir və təqib olunur.

- Çoxluğun maraqlarını nəzərə aımayan , azlığın xüsusi imtiyazlı qrup kimi səlahiyyətləndirməsi ideologiyası irəli sürülür,

- Cinsi azlıq və transgender ideologiyasi dövlətin gender doktrinası olaraq daha da sərtləşir.

- Milli təhlükəsizlik məsələləri üzrə gündəlik əsasəb militarizasiya təbliğatı ilə hərbi sahəyə milyardlarla yatırım nəzərdə tutur.

- Ən əsası ilə Alman Cinayət Məcəlləsinin 188-ci maddəsinin daha da sərt şəkildə tətbiqi , qeyri– rəsmi senzura nəzərdə tutulur .

Bunu isə həm də hakimiyyəti tənqid edənlərin susdurulması kimi qəbul etmək lazımdır.

Bir sözlə bu növbədənkənar seçkiləri Almaniyanın ənənəvi liberal siyasətinin tarixə qovuşacağı həlledici seçkilər adlandırmaq olar.

Yeganə Hacıyeva

Xəbər 2230 dəfə oxunub.




10.10.2025  10:20 

Millimiz Fransaya qarşı

10.10.2025  01:27 

Rusiyada təyyarə qəzaya uğrayıb


BÜTÜN XƏBƏRLƏR +