Sərhəd Xidmətinin tenderi ləğv edildi
İlham Əliyevin Zirvədə imzası - Foto
Cahangir Əsgərov “Premium Bank“ ASC-nin əsas səhmdarı olub
BƏƏ-nin hədiyyəsi Trampı qane etmədi
“Çılğın gözlərin var“ şərhinə silahla cavab verdi
Azərbaycanlını öldürən şəxs ömürlük həbsə məhkum edildi
Məşhur iş adamı həbs edildi
İlham Əliyev Ərdoğanla görüşdü
Aktrisa toyda qonaqlarla dava edib
İlham Əliyev Paşinyanla görüşdü


28.04.2018  16:32 

Rusiya,Türkiyə, İran XİN başçıları görüşdülər





A+  A-

Moskvada Suriya Suriya münaqişəsinin nizamlanması ilə bağlı Astana prosesi çərçivəsində Rusiya,Türkiyə və İran xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilir.
XəzərNews.az APA-ya istinadən xəbər verir ki, görüşdə Suriya münaqişəsinin nizamlanması yolları, Astana prosesi çərçivəsində görülən və bundan sonra görüləcək işlər müzakirə olunur.

Görüşdə çıxış edən Sergey Lavrov bildirib ki, Suriya ətrafındakı mövcud vəziyyətlə bağlı Astana prosesi çərçivəsində kollektiv tədbirlərin görülməsi vacibdir: "Ümid edirik ki, bugünkü görüşdə Suriyadakı mövcud vəziyyəti və sülhə və sabitliyə aparacaq əlavə addımları müzakirə edəcəyik. Astana formatı çərçivsəində keçirilən görüşlərdə əldə olunan nəticələr Suriyada zorakılığın azalmasına, humanitar vəziyyətin qismən düzəlməsinə səbəb olub. Təbii ki, bu istiqamətdə birgə səylər davam etdirilməlidir".

İran XİN başçısı Məhəmməd Cavad Zərif isə çıxışında Rusiya, İran və Türkiyənin Suriya münaqişəsinin həllində birgə çox işlər gördüyünü söyləyib: "Bu işlər son il yarım ərzində böyük uğurlara səbəb olub. Xüsusilə də Qazaxıstan hökumətinin dəstəyi ilə keçirilən Astana formatında görüşlərin keçirilməsini qeyd etmək istəyirəm. Biz Suriya münaqişəsinin siyasi yol ilə həllində israr edirik. Beynəlxalq terrorçuluqla mübarizə ümumbəşəri məsuliyyətdir. Bu münaqişəsinin hərb yolu ilə həlli mövcud deyil. Hamı siyasi yolla bu münaqişəni həll etməyə səy göstərməlidir. Müharibə yolu ilə münaqişəni nizamlamaq ancaq Suriya xalqının iztirablarını artıracaq. Xarici müdaxilə Suriyada gərginliyi daha da artıracaq. Suriyanın ərazi bütövlüyü, müstəqilliyi və vahidliyi önəmlidir. Astana prosesində bizim ölkələri birləşdirən mövqə də məhz budur. Ümid edirəm ki, biz Suriyaxalqına bu siyasi məqsədə nail olmaq üçün kömək etməyə davam edəcəyik".

Türkiyə XİN başçısı Mövlud Çüvuşoğlu çıxışında Astana prosesi çərçivəsində əməkdaşlıq sayəsində Suriyada görülən işlərdən danışıb. O bildirib ki, məhz bu proses çərçivəsində Suriyada atəşkəsə və hərbsizləşdirilmiş zona müəyyən etməyə nail olunub: "Bizim məqsədimiz Suriya münaqişəsinin siyasi yolla həllinə nail olmaqdır. Ən yaxşı həll yolu siyasi həll yoludur. Silahlı yolla münaqişəni həll etmək qanuni və dayanıqlı deyil. Son hadisələr göstərir ki, bizim birgə gördüyümüz işlərə əlavə stimul verilməsi vacibdir".

Daha sonra görüş KİV nümayəndələrinin iştiakı olmadan davam etdirilib.

Xəbər 1767 dəfə oxunub.



16.05.2025  14:59 

Məşhur iş adamı həbs edildi

16.05.2025  14:16 

Aktrisa toyda qonaqlarla dava edib

16.05.2025  13:06 

XİN-dən Paşinyana cavab

16.05.2025  12:52 

Məşhur müğənni həbs edildi

16.05.2025  09:28 

Biləsuvar sakinini ildırım vurdu


BÜTÜN XƏBƏRLƏR +