Sərhəd Xidmətinin tenderi ləğv edildi
İlham Əliyevin Zirvədə imzası - Foto
Cahangir Əsgərov “Premium Bank“ ASC-nin əsas səhmdarı olub
BƏƏ-nin hədiyyəsi Trampı qane etmədi
“Çılğın gözlərin var“ şərhinə silahla cavab verdi
Azərbaycanlını öldürən şəxs ömürlük həbsə məhkum edildi
Məşhur iş adamı həbs edildi
İlham Əliyev Ərdoğanla görüşdü
Aktrisa toyda qonaqlarla dava edib
İlham Əliyev Paşinyanla görüşdü


31.08.2017  12:01 

Füzuli RİH-in başçısı növbəti səyyar-qəbul görüş keçirib





A+  A-

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin vətəndaşlarla növbəti səyyar-qəbul görüşü məcburi köçkünlərin məskunlaşdıqları 5 Zobucuq qəsəbə sakinləri ilə keçirilib.
Füzuli RİH-dən XəzərNews.az-a verilən məlumata görə, üçüncü Zobucuq qəsəbəsində keçirilən görüşdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun xidmət təşkilatları, ictimaiyyət nümayəndələri iştirak edib.
Səyyar qəbulda çıxış edən Alı Alıyev bu cür görüşlərin ölkə başçısı İlham Əliyevin tapşırığı ilə mütəmadi olaraq keçirildiyini bildirib. Alı Alıyev Zobucuq qəsəbələrində yaşayan məcburi köçkünlərin işıq, su, qaz və digər sosial qayğıları tam həll olunduğunu, əhalinin məcburi köçkünlər üçün nəzərdə tutulan bütün güzəşt və imtiyazlardan istifadə etdiklərini vurğulayıb. Qeyd edib ki, qəsəbələrdə məktəb, uşaq bağçası fəaliyyət göstərir, tibb məntəqəsi, poçt məntəqəsi, mədəniyyət evi mövcuddur. Bu yaxınlarda əhalinin öz kənd təsərrüfatı məhsullarını satmaları üçün yeni kənd təsərrüfatı məhsullarının satışı yarmarkası istifadəyə verilib. Qəsəbələrdə məskunlaşan məcburi köçkünlər həyətyanı və pay torpaqları, o cümlədən örüş-otlaq sahələri ilə təmin ilə təmin olunub.
Səyyar qəbulda rayonun xidmət təşkilatları rəhbərlərinin gördükləri işlərə dair hesabatları dinlənilib.
Rayon elektrik şəbəkəsi, Suvarma Sistemləri İdarəsi, Qaz İstismar Xidməti, Su-Kanal idarəsi və digər xidmət təşkilatlarının rəhbərləri qəsəbə sakinləri qarşısında hesabat veriblər.
Ayrı-ayrı sahələrə dair qəsəbə sakinləri tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə yerindəcə həll edilmiş, digərləri isə həll edilməsi üçün nəzarətə götürülüb.
Səyyar qəbul zamanı çıxış edən qəsəbə sakinləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.





Xəbər 1833 dəfə oxunub.




16.05.2025  14:59 

Məşhur iş adamı həbs edildi

16.05.2025  14:16 

Aktrisa toyda qonaqlarla dava edib

16.05.2025  13:06 

XİN-dən Paşinyana cavab

16.05.2025  12:52 

Məşhur müğənni həbs edildi

16.05.2025  09:28 

Biləsuvar sakinini ildırım vurdu


BÜTÜN XƏBƏRLƏR +