Diqqət: Çaylardan sel keçəcək
Referendum niyə lazımdır? - Şərh
İsrail ordusu Qəzzanı boşaldır
Məktəb direktorunun diplomu saxtadır? - İDDİA
Yasamalda bu yollar bağlanır - Rəsmi
AZAL “Airbus A320neo” tipli sərnişin təyyarəsi aldı
Pensiyalarda artım olacaq... - Vaxt açıqlandı
Mətbuat Xidmətinin rəhbəri böyük köməkçi oldu
Ukraynalıların əksəriyyəti Zelenskiyə güvənir – Sorğu
“Formula 1“də birinci sərbəst yürüş dayandırılıb


19.09.2025  14:00 

Milli Məclisdə referendum müzakirəsi... - Yeni çağırışlar meydana çıxır





A+  A-

“Yeni çağırışlar meydana çıxır, Konstitusiya səviyyəsində buna cavab verilməlidir“.

XəzərNews.az xəbər verir ki, bunu “Konstitusiya və Suverenlik ili” çərçivəsində Dövlət Suverenliyi Gününə həsr edilən konfransda Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov deyib.

Ziyafət Əsgərov deyib ki, hər bir xalqın müstəqil suveren dövlət qurmaq arzusudur:

“Dünyada 5000-dən çox xalq, etnik qrup yaşayır, Azərbaycana suveren dövləti olmaq nəsib olub. Azərbaycanın ilk milli Konstitusiyası 1995-ci ildə qəbul olundu. 1991-1993-cü illər ərzində Konstitusiyanı hazırlamaq mümkün olmadı. Mənim yaxşı yadımdadır, 1995-ci ildə qəbul edilən Konstitusiyanın hazırlanması üzrə İşçi Qrupunda biz də fəaliyyət göstərirdik. Konstitusiyanın əsas qayəsi hər bir Azərbaycan vətəndaşının hüquq və azadlılarının konstitusion səviyyədə təsbit olunması idi.

İndiyə kimi Konstitusiyamıza əlavə və dəyişikliklər edilməsi ilə bağlı bir neçə referendum keçirilib. Bu əlavə və dəyişikliklər vətəndaşlarımızın hüquq və azadlıqlarının daha da möhkəmləndirilməsi məsələləri idi. Yeni çağırışlar meydana çıxır, Konstitusiya səviyyəsində buna cavab verilməlidir. 2020-ci ildə biz Vətən müharibəsində qalib gəlsək də, bəzi ərazilər hələ də ermənilərin əlində idi. Nəhayət, 2023-cü ilin sentyabrında Xankəndi, Xocavənd, Xocalı, Ağdərə və digər yerlərdə Azərbaycan bu məsələni həll etdi və Azərbaycanda separatizmin kökü bir dəfəlik kəsildi. Suverenlik hər bir dövlət üçün müqəddəs anlayışdır. Bu gün artıq Azərbaycan həm daxili, həm xarici siyasətində tam suveren dövlətdir”.

Xəbər 292 dəfə oxunub.




19.09.2025  17:32 

Diqqət: Çaylardan sel keçəcək


BÜTÜN XƏBƏRLƏR +