“Qarabağ” Bakıya qayıdıb
Cinayətdə şübhəli bilinən 63 nəfər saxlanılıb
Bakıda İsrail və Suriya görüşü keçiriləcək
Məktəbə gedən ana və iki övladını maşın vurub
“Qarabağ” tarix yazdı
“Qarabağ“ın gəncləri “Benfika“ya uduzdu
Prezidentlər Şuşa qalası önündə foto çəkdiriblər
Əməliyyatdan sonra qadın iflic oldu
Qızına qarşı cinsi zorakılıq edən şəxs 13 il iş aldı
ABŞ: “Müharibə 90 günə bitə bilər”


16.09.2025  10:35 

Zelenski Trampı “aydın mövqe” tutmağa çağırdı





A+  A-

Ukrayna prezidenti Vladimir Zelenski sentyabrın 15-də Sky News telekanalına verdiyi müsahibədə ABŞ prezidenti Donald Trampı Ukraynada müharibəni dayandırmaq üçün “aydın mövqe” nümayiş etdirməyə çağırıb.

Zelenski bildirib ki, döyüşlərin dayandırılmasının yeganə yolu Rusiyaya qarşı sərt sanksiyaların tətbiqi və Ukraynaya aydın təhlükəsizlik təminatlarının verilməsidir. Onun sözlərinə görə, bu məqsədə yalnız “Tramp cəsarət göstərsə” nail olmaq mümkündür.

Ukrayna lideri Ağ Evin Avropanın Moskvaya kifayət qədər təzyiq göstərməməsi, Rusiya neftindən imtina və Çinə tariflər tətbiq etməsi ilə bağlı açıqlamaları fonunda Trampı Rusiyanın qeyri-legitim prezidenti Vladimir Putinin işğalını dayandırmaq üçün “qətiyyətli şəxsi addımlar atmağa” dəvət edib.

“ABŞ müstəqil qərarlar qəbul etmək üçün kifayət qədər güclüdür”, – deyə Zelenski vurğulayıb. Onun sözlərinə görə, Tramp Ukraynaya kifayət qədər hava hücumundan müdafiə sistemləri təmin edə, həmçinin Rusiyanın iqtisadiyyatına ağır zərbə vuracaq sanksiyalar tətbiq edə bilər. “Trampın özü Putini qorxutmaq üçün yetərli gücə sahibdir”, – Zelenski əlavə edib.

Prezident xatırladıb ki, Avropa İttifaqı indiyədək Rusiyaya qarşı 18 sanksiya paketi qəbul edib: “İndi çatışmayan yeganə addım ABŞ-ın güclü sanksiyalar paketidir”.

Zelenski həmçinin vurğulayıb ki, müharibə sona çatana qədər bütün tərəfləri əhatə edən razılaşmalar əldə olunmalıdır:

“ABŞ və bütün avropalı tərəfdaşların dəstəkləyəcəyi bir sənədə sahib olmaq istəyirəm. Bunun üçün isə prezident Trampın dəqiq mövqeyi çox vacibdir”.


Xəbər 1597 dəfə oxunub.




17.09.2025  10:49 

“Qarabağ” Bakıya qayıdıb

17.09.2025  01:20 

“Qarabağ” tarix yazdı

16.09.2025  10:29 

Bakıda intihara cəhd olub

15.09.2025  17:30 

“Vüsal 300“ həbs EDİLDİ


BÜTÜN XƏBƏRLƏR +