Nazirlik banklara 400 milyon depozit qoydu
Kimlərə hərbi xidmətdən möhlət hüququ verilir?
Avtomobillərinə həbs qoyuldu - Siyahı
Putin ağıllı adamdır - Tramp
Qərbi Azərbaycan İcması ləğv ediləcək? - Açıqlama
Arvadına qarğış etdiyi üçün anasını döydü
Azərbaycan əsilli milyarder oğluna toy edir
Ryazanda barıt zavodunda partlayış olub
Putin Trampa razılaşma təklif edib - Reuters
Snayper iki rus hərbçisini 4 km məsafədən vurdu


16.08.2025  11:10 

Aşuraya erməniləri şərik etmək İrana baha başa gəlir - Politoloq





A+  A-

"Bu il Aşura mərasimi əvvəlkilərdən fərqli keçdi. Əsas səbəb İran İslam Respublikasının rəhbərliyinin tutduğu mövqe oldu. Gürcüstan azərbaycanlıları tasua günü Aşuranı qeyd etdilər. Siyasi nümayiş idi. Sonradan Azərbaycan da belə addım atan kimi bunu Azərbaycana nöqsan tutdular və Azərbaycanda şiələrin sıxışdırılmasını ermənilərlə şərikli mövzuya çevirdi. Az keçmiş İran Aşura mərasimi mövzusunu da də ermənilərlə şərikli etdi".

Bu barədə açıqlamanı XəzərNews.az-a politoloq Mübariz Əhmədoğlu deyib.

M.Əhmədoğlu qeyd edib ki, sonradan ərbəin dövründə artıq İranın davranışında qeyri-adiliklər hiss olund:

"Bu il İraq ərazisində İranın zəvvarlara etdiyi yardım əvvəlki illərdən xeyli zəif göründü. Əvəzində Türkiyə aktiv görünürdü və Türkiyənin zəvvarlara xeyriyyə işində azərbaycanlılar da yanında göründü. Tək bayraqlarla deyildi, həm də məşhur məddah Taleh Boradigahlı da orada idi. Türkiyə cəfəriləri, şiələri ölkədən kənarda da Azərbaycanla birlik nümayiş etdirirlər.

İran televiziyasında Məhərrəmlik ayının başladığı hiss olunmadı. Film nümayiş etdirirdilər. ABŞ-da heç də yaxşı həyat tərzi keçirməyən Leyla adlı xanım İranda dini ocaq sahibi olan ailənin gəlini olur və qısa müddət ərzində mömin, dindar həyat yoldaşı dünyasını dəyişir".

Politoloq qeyd edib ki, buna baxmayaraq İran ermənilərin vasitəsilə Azərbaycana təzyiqi artırırdı:

"Bu il Məhərrəmlik ayının mənfi sonluğu oldu. Gürcüstanda Aşura mərasimində İrana bağlı adamlardan biri ehsana çoxlu adam gətirdiyi üçün yemək masasının üstünə araq şüşəsi qoydu. Nəticədə, yanında oturan da onu bıçaqlandı və ölüm hadisəsi baş verdi.

İranda Ərbəin gününün elan olunmasında problem yarandı. Bəlli oldu ki, İraq İranda Ərbəin mərasimi keçiriləndən bir gün sonra Kərbəlada Ərbəin qeyd olunub.

İranda Ərbəin günü əvvəlcədən elan edilmədi, əvvəlki qaydalarda keçirilmədi. Əhali küçəyə çıxmışdı, bəlkə də hər birinin ayrı niyyəti var idi. Anti-dövlət niyyətlə çıxanları da var idi.

İran üçün aydın olmalıdır ki, Allah aktivdir. Hər şeyi görür, bilir və lazım olanda da müəyyən qərarlarını ortaya qoyur. İslam inqilabının mahiyyəti şiəliyə zərbə vurmaqdırsa, (bunu təsdiq edən faktlar, məlumatlar var) bu ayrı məsələdir. Əgər doğrudan da İran indi hətta ağır vaxtında da şiəliyə sadiqdirsə, o zaman İranın liderləri özləri həqiqi Allahın yoluna qayıtmalıdır. Şiə imamlarından nümunə götürməlidirlər.

Namaz qılmaq hər şey demək deyil. Namaz sadəcə müsəlmanın pasportudur. Namaz qılmayanlar da o dünyada yoxlanılacaq. Bu dünyadakı kimi miqrasiya qurumları var.

Əməllərlə kimin cənnətə, kimin cəhənnəmə düşəcəyini, pasportsuzların da kimin cənnətə, cəhənnəmə düşəcəyini müəyyənləşdirəcəklər. İran Türkiyə şiələr üzərində qurduğu destruktiv planları, Türkiyə şiələri ilə Türkiyə dövləti arasında problem yaratmaq istiqamətində olan bütün əməllərini dayandırmalıdır.

İran Azərbaycanla olmalıdır. Azərbaycan müstəqil olduqdan sonra ABŞ Azərbaycanı şiə dünyasının lideri kimi ortaya qoydu. İranda İslam inqilabının müəllifi də ABŞ idi. Bu fikrimi nə vaxtsa izah edəcəyəm. Qalan müsəlman dünyasının lideri isə Türkiyə olmalı idi. İran indiki şiəliyin dağıdılması rolunu davam etdirirməməlidir.

Qədim rus, indiki ABŞ torpağı olan Alyaskada Putin-Tramp görüşünün əvvəlkilərdən fərqliliyini araşdırsın. Netanyahunu orada görə bilərmi?!
İranın ali rəhbərinin Aşura mərasimində özü və sözü görünmədi. Bəlkə də təsadüfi deyil, İranda hakimiyyət keçid mərhələsindədir. Ə.Laricaniyə daha çox diqqət verək".




Xəbər 375 dəfə oxunub.




16.08.2025  12:44 

Ay Kəramət, heeeyyy...!

15.08.2025  16:59 

Putin ağıllı adamdır - Tramp

15.08.2025  13:02 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +