Zaur Mikayılovun qudaları vəzifədə... - FOTO
PA-nın adından 4500 manatlıq dələduzluq
Baş nazirin adından saxta sənəd hazırlayan sahibkar cəzalandırıldı
Bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılır
Bakının bu hissələri işıqsız qalıb
İmamoğlunun magistr diplomu da ləğv edildi
Səsyazısı yayılan direktora töhmət verildi
Sulutəpə sakinlərindən ŞİKAYƏT: “Ərazidə bir transformator var idi, onu da sökdülər“
Xaricdə yaşayan blogerə hökm oxunub
Dövlət qurumu MTK rəhbərindən çıxarış üçün pul istəyir?


28.07.2025  18:27 

Universitet xalq artistlərindən üzr istədi





A+  A-

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) saytında Xalq artisti Firəngiz Mütəllimova və Əməkdar incəsənət xadimi Əliqismət Lalayevin ad və soyadlarının ingilis dilində səhv yazılması sosial şəbəkədə müzakirə mövzusu olub.

XəzərNews.az Oxu.az-a istinadla xəbər verir ki, məsələ ilə bağlı universitet rəsmi açıqlama yayıb.

Qeyd olunub ki, xarici tələbələr və partnyorlar üçün saytın əlçatanlığını artırmaq məqsədilə ona süni intellekt əsaslı "DeepL Translate" modulu inteqrasiya edilib.

"Bu yenilik sayəsində yalnız statik deyil, həm də dinamik məzmun - xəbərlər, elanlar və yeniliklər əlavə iş və xərc olmadan avtomatik tərcümə olunur. Sistem bir neçə deyil, çoxsaylı dillərdə yayıma imkan yaradaraq beynəlxalq auditoriyanı genişləndirir.

Bununla belə, son yeniləmə zamanı bəzi xüsusi və şəxs adlarının avtomatik tərcümədə yanlış göstərildiyi müşahidə olunub. Texniki komanda problemi dərhal müəyyən edərək düzəlişlərə başlayıb.

Yaranmış texniki problem nəticəsində adlarında yanlışlıqlar olmuş dəyərli sənətkarlarımızdan üzr istəyirik", - deyə açıqlamada bildirilir.

Xəbər 190 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +