Allahı tanımaq daxil olmaqla İran üçün IV şərt
İtkin düşən 15 yaşlı qız 5 gün sonra tapılıb
Hüdudlarımızın kənarında da sülh nə qədər tez təmin edilərsə... - Prezident
Rəhbərin ölkədən çıxışına “stop” qoyuldu
Tramp yalan danışır?
Savaş bitdimi? - Atəşkəs təsdiqləndi
Prezident elektrik stansiyasının açılışında iştirak edib
Sabiq partiya sədrinin oğlunun ölüm səbəbi açıqlandı
İran Bəhreyn, Küveyt, İraq və Qətərdəki ABŞ bazalarını vurdu
Azərbaycan Ermənistan XİN-ə cavab verdi


23.06.2025  19:05 

Pyatiqorskda özbək və Azərbaycan diasporunun cinayət pramidası - Təfərrüat





A+  A-

Stavropolda iki ildən artıqdır Rusiyada miqrantları leqallaşdıran cinayətkar qrup ifşa olunub. Qrupa iki ictimai təşkilatın nümayəndələri rəhbərlik edib: Pyatiqorskdakı “Araz” Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədr müavini Elçin Fərrux oğlu Cənnətov, Stavropol diyarındakı özbək diasporunun lideri Rüstəm Abdullayev və diaspor fəalı Javohir Ruzmetov.

XəzərNews.az Bloknot Stavropol-a istinadla xəbər verir ki, istintaqın məlumatına görə, bu şəbəkə 2022-ci ilin fevralından 2024-cü ilin aprelinə qədər fəaliyyət göstərib və onun ideoloji ilhamvericisi “Araz” Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədr müavini Elçin Cənnətov olub. Məhz o, üç struktur bölmə yaradaraq onlardan birinə şəxsən rəhbərlik edib. Digər ikisinə isə Stavropoldakı özbək diasporunun lideri Abdullayev və fəal Ruzmetova başçılıq edib.

Cinayətkarların biznesi böyük miqyasda qurulub. İşlədikləri mövqeləri nəzərə alsaq, cinayət ortaqlarının Stavropola miqrant axını haqqında məlumatı tam əldə etmək imkanları olub. Vəziyyəti aydınlaşdırdıqdan sonra onlar sərhədi sənədsiz keçməkdə maraqlı olan Orta Asiya sakinlərinin ayrıca siyahısını tərtib ediblər. Üstəlik, qrupların hər biri öz etnik mənsubiyyətindən olan “müştərilərə” nəzarət edib.



Bütün məlumatlar "baş" ofisə E.Cənnətova göndərilib. Onun əlaqələri və imkanları ilə Stavropol ərazisinə daxil olmuş əcnəbilərə rus dilini, Rusiya tarixini və qanunvericiliyin əsaslarını bilmək sertifikatları almağa kömək göstərilib. Əvəzində göstərilən xidmətlər paketi üçün pul alınıb. Bura miqrasiya məqsədi ilə əcnəbilərin qondarma qeydiyyatı üçün Kavminvody ərazisində ev sahiblərinin axtarışı, həkimlərin rəyləri ilə saxta tibbi müayinə, sənədlərin miqrasiya xidmətinə verilməsi və mühacirlərin işlədiyi fantom müəssisələrlə müqavilələrin təşkili həyata keçirilib.

Ümumilikdə, cinayət ortaqları cəmi iki il ərzində başqa ölkələrdən olan 1200 vətəndaşa qanunsuz olaraq iş icazəsi, müvəqqəti yaşamaq icazəsi almağa, hətta vətəndaşlıq almaqda kömək göstəriblər.



Foto: Elçin Cənnətov

Hazırda hər üç şübhəli saxlanılıb və onlara qarşı qanunsuz miqrasiyanın təşkilində şübhəli bilinərək cinayət işi açılıb.

Xaxtırladaq ki, artıq Stavropol diyarının Pyatiqorsk şəhərində fəaliyyət göstərən “Araz" Azərbaycan Milli-Mədəni Muxtariyyətinin fəaliyyəti dayandırılıb.

Qurumun sabiq sədri Təhmasib Zeynalov hazırda Bakıdadır.

T.Zeynalov Stavropol vilayətində yeni bir təşkilat yaratmaq istəsə də Rusiya tərəfi buna imkan vermir. Səbəb kimi isə aylar əvvəl Təhmasib Zeynalovun, Gənclər təşkilatının rəhbəri Araz Məhərrəmovun, qurumun hüquqşünası Elçin Cənnətovun və təchizatçısı – informasiya işinə məsul Murad Muradovun Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılmalarıdır.



Xəbər 555 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.06.2025  10:37 

Tramp yalan danışır?

23.06.2025  14:29 

Bakıda “EuroVillage 2025”

23.06.2025  13:35 

Bəzi yerlərdə yağış yağacaq

23.06.2025  11:56 

Əraqçı Moskvaya niyə gedib?


BÜTÜN XƏBƏRLƏR +