Prezident Yunanıstanın Baş naziri ilə görüşüb
Tehranın nüvə silahına ehtiyacı yoxdur - Xamenei
2026-cı ildən hibrid avtomobillər bahalaşacaqmı?
Prezident və xanımı BMT-nin mənzil qərargahına gəlib
Sürücülərdə bu vərdiş qəza riskini 20 dəfə artırır
Abşeronda elektrik açarını hansı qurum “oğurlayıb” ?
Nigar Fərhadın təhsil şirkətində dələduzluq
Azyaşlıya qarşı əxlaqsızlıq edərək çəkiliş edən qohumla bağlı qərar
Adnan Əhmədzadənin vəkili işdən çıxarıldı
“Rahat“ supermarketləri bağlanır? -İDDİA


23.09.2025  15:22 

Abşeronda elektrik açarını hansı qurum “oğurlayıb” ?





A+  A-

Abşeron rayonu 83 saylı yarımstansiyanın “Klassik A” MMC-yə gələn 110-35-10 kV-luq xətti üzərində, 10 kV “TM-28” hava xəttindən budaqlaşma yerində quraşdırılmış elektrik açarı oğurlanıb.

XəzərNews.az xəbər verir ki, bu barədə Bizim.media-ya müəssisənin direktoru İlham İsmayılov şikayət məktubu ilə müraciət edib. Müəssisə direktoru aylardır “Azərişıq” və “Azərenerji”nin problemin həllini bir-birinin üzərinə atdığını və şikayətinə baxılmadığını bildirir:

“Biz bununla bağlı “Azərenerji” ASC-yə dəfələrlə müraciət etmişik. Bunu qurumun işçiləri ediblər. Biz də bunu biləndən sonra müraciət etdik. Bizə dedilər ki, həmin işçilər dəyişiblər. Dedik ki, əvvəlki işçi hara gedibsə, onu tapıb gətirin, amma mümkün olmadı. Qarşıdan qış gəlir, xətdə olan açılmalar təhlükə yarada bilər. Hər hansı bir təmir prosesində enerjini ayırırıq ki, müəssisəyə təhlükə yaranmasın. Yəni bu, qəza vəziyyətidir və süni şəkildə yaradılıb.

Biz həmin açarı öz vəsaitimiz hesabına qoymuşuq və bu da layihəyə salınıb. O açarı oğurlamaq, götürmək üçün yüksəkgərginlik xətt yarımşəbəkədən ayrılmalıdır. Bunu da yalnız enerji işçiləri edə bilərlər”.

“Azərenerji” ASC-dən iddia təkzib edilib:

“Absurd məsələdir. “Azərenerji” 500, 330, 220, 110 kV-luq yüksəkgərginlikli ötürmə xətlərinə baxır. 10 kV-luq xəttin və ya elektrik açarının “Azərenerji”yə nə aidiyyəti var?”

“Azərişıq” ASC-dən isə məsələnin ümumiyyətlə onlara aid olmadığı bildirilib.

Qeyd edək ki, şikayətçi problemlə bağlı dəfələrlə aidiyyəti qurumlara şikayət ünvanlayıb, lakin baxılmayıb. Yaranmış vəziyyət təkcə müəssisə deyil, həm də ərazidə yaşayan insanlar üçün təhlükə mənbəyinə çevrilə bilər.

Xəbər 1446 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +