XİN Dohaya hücuma dair açıqlama yaydı
Məcburi köçkün 30 il yaşadığı evi yararsız hala saldı
Valideynlərini itirən qız 15 yaşında ana oldu
Hacıqabulda 33 yaşlı kişi 10 yaşlı qıza təcavüz edib
Polşa Belarusla sərhədi bağlayacaq
Ukrayna Rusiyanın əsas neft kəmərini vurub
Nepal Prezidenti istefa verdi
Xankəndidə “Range Rover” qalmaqalı
Manaf Ağayevin oğluna vəzifə verildi
Səfərovlar və Şıxlinskini tora kim salıb? - FSB izi


02.09.2025  10:18 

Astarada molla məsciddə bıçaqlandı





A+  A-

Astara rayonunda molla məsciddə bıçaqlanıb

XəzərNews.az xəbər verir ki, oxu.az-ın məlumatına görə, hadisə şəhərin H.Əliyev prospektində yerləşən Giləkəran məscidində baş verib. Rayonun Ərçivan qəsəbə sakini Ceyhun Babayevin (soyad şərtidir) qızının əri Seyidəzim bankdan kredit götürərkən uzaq qohumu Azadın həyat yoldaşı ona zamin dayanıb. Bir müddətdən sonra Azad Seyidəzimlə görüşərək, həyat yoldaşının adının zaminlikdən çıxarılmasını istəyib. Seyidəzim isə ona söz verib ki, bir ay müddətində məsələni həll edəcək.

Hadisədən iki ay keçməsinə baxmayaraq, Azadın həyat yoldaşının adı zaminlikdən çıxmayıb. Azad bunun səbəbini öyrənmək üçün Seyidəzimin evinə getsə də, ev sahibinin həyat yoldaşı ərinin evdə olmadığını bildirib. Nəticədə, Azadla qadın arasında mübahisə yaranıb. Geri qayıdan Azad məsciddə Ceyhunu görüb və qızının onu təhqir etdiyini bildirib.

Ceyhun məsələni araşdırmaq üçün qızıgilə gedərkən məlum olub ki, onun qızı Azadı söyməyib, əksinə, Azad onun qızına nalayiq sözlər deyib. Hadisədən əsəbiləşən Ceyhun evindən bıçaq götürərək məscidə gəlib. O, məscidin qarşısında Azadı görüb və cibindən bıçağı çıxararaq ona hücum edib. Azad ondan qaçmaq üçün məscidə daxil olub, qapını bağlamaq istəyərkən, Ceyhun qapının arasından bıçaqla Ceyhunun qol və ağız nahiyəsinə zərbələr endirib.

Məsciddəki şəxslər hadisə yerinə gələrək onları aralaşdırıblar və polisə məlumat veriblər. Hadisə yerinə gələn polis əməkdaşları Ceyhunu saxlayıblar və məhkəmənin qərarı ilə onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Astara Rayon Məhkəməsinin hökmü ilə C.Babayev 2 il azadlıqdan məhrum edilib.

Məlumata görə, zərərçəkmiş şəxs Astara rayonu ərazisində dini mərasimlərdə molla kimi fəaliyyət göstərirmiş.

Xəbər 1416 dəfə oxunub.




09.09.2025  20:27 

Leysan yağacaq, şimşək çaxacaq

09.09.2025  16:21 

Nepal Prezidenti istefa verdi


BÜTÜN XƏBƏRLƏR +