Məzahir Pənahovun oğlu məhkəmədə uduzdu
Formula-1 ilə əlaqədar şəhərə giriş bağlanacaq
Aeroportdan şəhərə gələn taksi qiymətləri açıqlandı
Britaniya Fələstin dövlətini rəsmən tanıyacaq
ABŞ Senatında Trampdan narazılıq artır - The Hill
Hərbçimiz qəzada həlak olub
Maaşımızdan 14% vergi tutulacaq... - Pensiya yığımları azalacaq
Azərbaycanlılar Türkiyədə yol qəzasına düşüb
Müşviqin adından dələduzluq edildi
“Green Card” müraciəti pullu oldu


09.09.2025  10:53 

İran Cənubi Qafqazda Pakistan-Rusiya müharibəsini hazırlayır - Açıqlama





A+  A-

“Sepahın Teleqram kanalının Pakistandan 50 min muzdlu döyüşçünün Azərbaycana gətirilməsi ilə bağlı analitik məqalə yayılıb. Pakistan İsraillə, xüsusilə Mossadla əməkdaşlıq şəraitində Azərbaycana 50 min qoşun göndərməsi fantastikadır. İran İsrailə ərəb torpaqlarının işğalında kömək edərkən pakistanlılar aşkar ərəblərin tərəfində vuruşublar. Yaxında İsrailin İrana hücumu zamanı da Pakistan İranı müdafiə etdi. Hətta Pakistan hərbi dəstək verməyə hazır olduğunu bildirdi. İran Azərbaycana İsraillə münasibətdə Pakistan və Türkiyənin mövqeyindən nümunə götürməyi tövsiyə etdi”.

Bu barədə açıqlamanı XəzərNews.az-a Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu verib.

M.Əhmədoğlu bildirib ki, bu gün İranın düşüncəsində Pakistan Türkiyə və İsrailin xüsusi xidmət orqanları ilə birləşib 50 min pakistanlını Əfqanıstana, oradan da Türkmənistan yolu ilə Azərbaycana gətirmək istəyir:

“Niyə görə Pakistan öz ərazisindən İrana qarşı hücum etmir?! Pakistan İranı hərbi baxımdan yerində oturdan dövlətdir. Sepah kürdlərə atəş açdığı dövrdə birdən ağlına gəldi ki, kürdlər dövlət deyil, azsaylıdır. Nəhəng dövlət üzərində özlərini sınaqdan keçirsinlər. Sistan, Bəlucistan bölgəsində Pakistan separatçıları adı ilə İran ora hücum etdi. Az keçmiş Pakistan bu hücuma cavab verdi, hətta PUA-larını İranın daxilinə buraxdı. İranın ərazi bütövlüyünü pozdu. İranın Sepahı bir dəfə də olsun səsini çıxara bilmədi. İndi Pakistan İran üzərində belə uğurun sahibi olduğu halda İrana birbaşa sərhəddən deyil, 3000 km məsafədən İsrailin 150 milyon dollar xərci ilə Azərbaycan-İran sərhəddinə qoşun toplayır”.

Politoloq qeyd edib ki, ilk baxışda İranın Rusiyaya qarşı belə kombinasiya düşünməsi ağla gəlmir:

“Başqa variant da indi yoxdur. Rusiyanın bütün arzuolunmazlarını İran mümkün qədər bir araya toplayıb. Sadəcə ABŞ-ın birbaşa adını çəkə bilməyib. ABŞ-ın adı olan yerdə gərək nökərçiliyi İran özü etsin.

İran Rusiyaya son dövrlərdə etdiklərinə cavab vermək istəyir. İran tarixən anti-Rusiyadır. Rusiya onun torpaqlarını işğal edib, indi Rusiya zəifləyir, İran torpaqlarını geri qaytarmalıdır. Rəşt-Astara dəmir yolunun çəkilməsini sabotaj edən Rusiya rəsmiləri və onlara bağlı olan bütün qüvvələrdir. Son dövrlərdə Rusiya İran üzərində təsirini gücləndirir. Rusiyanın nəqliyyat naziri Nikitin Rəşt-Astara dəmir yolunu RF şirkətlərinin tikəcəyini bildirdi. Rusiya İranın 20 gəmisini artıq bir həftədir limanlarını tərk etməyə icazə vermir. Bu Rusiyanın ABŞ sanksiyalarına əməl etməsi deyil, Rusiyanın İran üçün təzyiq mexanizmləri hazırlamasıdır. RF-in belə iradı İranın xoşuna gəlməyib, təxminən 6-7 ay əvvəl nəzərdə tutduğu planı indi reallaşdırmağa başladı. Pakistandan 50 min qoşunu Əfqanıstan, Türkmənistan ərazisi ilə Mossadın pulu ilə Azərbaycan ərazisinə, yəni Rusiya ilə sərhədə gətirən analitik yazının müəllifi rusdur. Azərbaycan-Rusiya münasibətlərini gərginləşdirən çox orijinal təhlillər, arqumentləri də İranın Rusiyanın daxilində ələ aldığı rəsmilər və ekspertlər törədiblər”.

M.Əhmədoğluq qeyd edib ki, regionda çox gərgin vəziyyət yaranıb:

“Rusiya İranla bağlı çox mövzularda ərəb dövlətlərinin mövqeyini müdafiə edir. Ərəblərlə İranın arasında bütün mübahisəli ərazilərdə, xüsusən BƏƏ-nin üçlü ada mövzusunda. Rusiya İranın mövqeyini dəstəkləmir. BƏƏ-nin mövqeyini dəstəkləyir. İrandan hələ çoxlu sayda ruhi sarsıntılar görəcəyik”.



Xəbər 2842 dəfə oxunub.




18.09.2025  10:15 

“Netflix“ Bakıya gəlir

17.09.2025  17:57 

Hərbçimiz qəzada həlak olub

17.09.2025  15:35 

Bakıda uşaq bağçada yaralandı

17.09.2025  15:33 

Futbolçu oyun zamanı öldü

17.09.2025  12:11 

Ukrayna Belqorodu vurdu


BÜTÜN XƏBƏRLƏR +