Ərəb turistlər Azərbaycan xalqından üzr istədi
Azərbaycanlı jurnalist təltif olundu
Prezident və birinci xanım Gəncədə...
Niyaməddin Orduxanlı Baş katib təyin olunub
Məşhur milyarder oğluna Azərbaycanda toy edəcək
Şıxlinskinin oğlunu 10 il həbs gözləyir
Qız şəkilləri bəyənən kişini sevgilisi döydü
“Kontakt Home”nin “Qızıl Zəmanət”i müştəriləri tələyə salıb
Sabah hava necə olacaq?
“Azərsu“nun dövlətə külli miqdarda vergi borcu yarandı


20.08.2025  12:21 

“Azərsu“nun dövlətə külli miqdarda vergi borcu yarandı





A+  A-

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin (keçmiş "Azərsu" ASC) dövlət qarşısında külli miqdarda vergi borcu yaranıb.

XəzərNews.az xəbər verir ki, bu barədə iqtisadiyyat.az kommersiya qurumlarının dövlət reyestri məlumatlarından informasiya əldə edib.

Məlumata görə, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə 23 614 998,85 manat (23 milyon 614 min 998 manat 85 qəpik) vergi borcu mövcuddur.

Qeyd edək ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin nizamnamə kapitalı isə 2 400 427 052 manatdır.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Azərbaycan Prezidentinin 11 iyun 2004-cü il tarixli Sərəncamı ilə yaradılıb. Qurum istehlakçıları mərkəzləşdirilmiş qaydada içməli su ilə təchiz edir və onlara kanalizasiya xidmətləri göstərir, tulantı suların toplanması, nəqli, emalı və kənarlaşdırılmasını həyata keçirir. Xidmət içməli və tullantı su sistemlərinin layihələndirilməsi, inşası, istismarı və onlara texniki xidmətlərin göstərilməsini təmin edir.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti ölkə üzrə 1 823 757 abunəçiyə su təchizatı və kanalizasiya xidmətləri göstərir. Bunların 1 750 522-i əhali, 73 235-i isə qeyri-əhali abunəçiləridir. Ölkə üzrə abonentlərin 79,5 faizi, Bakı şəhəri üzrə 82 faizi, regionlarda isə 73,3 faizi fasiləsiz içməli su ilə təmin olunur. Xidmətin balansında 21 000 km uzunluğunda su, 10 500 km uzunluğunda kanalizasiya və yağış suları xətləri mövcuddur.



Xəbər 421 dəfə oxunub.




20.08.2025  16:16 

“Respublika” qəzeti bağlandı

20.08.2025  12:45 

Sabah hava necə olacaq?

20.08.2025  12:33 

Xalq artisti qızını polisə verdi


BÜTÜN XƏBƏRLƏR +