Sürücü avtobusu idarə etməkdən niyə imtina edib?
“Unibank” məşhur jurnalistin başına oyun açdı
Sabahın hava proqnozu açıqlanıb
Hansı klinika tibb təhsili olmayan həkimlər çalışdırır?
Abşeron Mərkəzi Xəstəxanasında biabırçı vəziyyət
Şıxlinskinin düşməni onun yerini tuta biləcəkmi?
ETX: “Telegram“ da yeni dələduzluq halları müşahidə olunur
Xəzər Universitetinə yeni rektor təyin edildi
Bakı Sağlamlıq Mərkəzində nə baş verir?
Kiyevdə azərbaycanlı ata-oğul güllələndi


02.09.2025  12:01 

Prezident Vyetnamlı həmkarını təbrik etdi





A+  A-

Prezident İlham Əliyev Vyetnam Sosialist Respublikasının Prezidenti Lıonq Kıonqa təbrik məktubu ünvanlayıb.

XəzərNews.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Vyetnam Sosialist Respublikasının müstəqilliyinin 80-ci ildönümü münasibətilə Sizi və Sizin simanızda dost Vyetnam xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir və ən xoş arzularımı çatdırıram.

Böyük inkişaf yolu keçmiş Vyetnam bu gün bütün sahələrdə sanballı nailiyyətlər əldə etmiş və uğurlara imza atmışdır.

Xoş ənənələrə əsaslanan Azərbaycan-Vyetnam əlaqələrinin inkişaf səviyyəsi məmnunluq doğurur. May ayında Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi cənab To Lamın Azərbaycana dövlət səfəri ikitərəfli əlaqələrimizin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. Səfər çərçivəsində bir sıra istiqamətlər üzrə imzalanmış sənədlər, xüsusilə də “Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat” Azərbaycan-Vyetnam əlaqələrini daha yüksək pilləyə qaldırdı.

Hazırda ölkələrimiz arasında iqtisadiyyat, ticarət, mədəniyyət, təhsil, energetika, nəqliyyat və digər sahələr üzrə böyük əməkdaşlıq potensialı mövcuddur. Beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı etimad və dəstəyə əsaslanan səmərəli əməkdaşlığımızı xüsusi qeyd etmək istərdim. Biz sağlam təməllər üzərində qurulmuş dövlətlərarası əlaqələrimizi bundan sonra da inkişaf etdirmək əzmindəyik.

Əminəm ki, dost xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Vyetnam arasında əlaqələrin möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli əməkdaşlığımızın daha da genişləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Vyetnam xalqına daim əmin-amanlıq və rifah diləyirəm".

Xəbər 1097 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

03.09.2025  14:05 

AFFA bu klubları cərimələdi

03.09.2025  13:04 

Sabahın hava proqnozu açıqlanıb

03.09.2025  12:06 

Nazirə yeni müşavir təyin olundu

03.09.2025  10:19 

Tiktoker Xosrov həbs olundu

02.09.2025  13:23 

Ramazan Kadırov yeriyə bilmir

02.09.2025  12:55 

Sabahın hava proqnozu açıqlandı


BÜTÜN XƏBƏRLƏR +