“Ehtiyat skamyamız zəifdir....“ - Rimas Kurtinaytis
Oyunçularımı təbrik edirəm -Baş məşqçi
Mehdiyevə bağlı olan icra başçıları... - İDDİA
Hikmət Hacıyev kanslerin müşaviri ilə görüşdü
“Greenfield“ və “Tess“ çaylarında uyğunsuzluq var?
Mehdiyevin izi ilə... - Daha kimlər həbs oluna bilər?
Şimşək çaxacaq, sulu qar yağacaq
Bakıda parad keçiriləcək
Dəniz Akademiyasına yeni rektor əvəzi təyin edildi
MSK-a Ramil Həsənin deputat səlahiyyətlərinə xitam verdi


15.10.2025  16:14 

Ramiz Mehdiyevin həbsi: Mümkün cəza ilə bağlı hüququn tələbləri necədir?





A+  A-

Dövlət Təhlükəsizlik Xidmətinin başladığı cinayət işi üzrə və təqdim etdiyi vəsatət əsasında Bakı şəhəri Səbail Rayon Məhkəməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham edilən Mehdiyev Ramiz Ənvər oğlu barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.

Əvvəla, ittiham olunan şəxsə qarşı cinayət mühakiməsi üzrə irəli sürülmüş maddələr, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 278.1, 274 - xüsusilə ağır, 193-1.3.2-ci maddələri isə dövlətin ağır cinayətlər kateqoriyasına aiddir. Qeyd edilən CM-nin 274 və 278-ci maddələri üzrə cəza 12 ildən 20 ilədək, 193-1.3.2-ci maddəsi üzrə isə 8 ildən 12 ilədək azadlıqdan məhrumetmə və əmlakın müsadirəsi ilə müəyyən edilib.
Bu üç maddə birlikdə tətbiq olunursa, iş xüsusilə ağır cinayət kateqoriyasına daxil olur. Cinayət Məcəlləsinin 66-cı maddəsinə görə, bu zaman cəzanın məbləği toplanmır, ən ağır olan (278 və 274) maddə əsas götürülür. Yəni nəzəri olaraq, mümkün hökm 15 ildən ömürlük azadlıqdan məhrumetməyə qədər dəyişə bilər.

Ancaq təqsirləndirilən şəxsin 87 yaşı olduğundan, Məhkəmə CM-nin 57 və 79-cu maddələrinə əsasən, 70 yaşdan yuxarı şəxslər üçün humanist prinsip tətbiq edə bilər. Yəni bu halda azadlıqdan məhrumetmə cəzası istisna hal kimi tətbiq olunur və hökm şərti və ya ev dustaqlığı növündə seçilə bilər. Cəzanın tətbiqi zamanı təqsirli bilinən şəxsə sağlamlığı və səhhəti ilə bağlı məhkəmə müstəqil tibbi ekspertiza rəyinə əsaslanaraq qərar verir. Əgər sağlamlıq vəziyyəti ağırdırsa, cəza təxirə salına və ya müalicə şərti ilə azadlığa buraxıla bilər (CM-nin 74 və 75-ci maddələri).

Qaldı ki, ömürlük həbs cəzasına, Azərbaycan məhkəmə təcrübəsində - məsələn, 75 yaşdan yuxarı şəxslərlə bağlı işlərdə - fiziki və humanitar baxımdan qeyri-mümkün olduğundan, ömürlük həbs cəzası praktiki olaraq təyin edilmir.

Ancaq, hüququn fundamental prinsiplərindən olan "təqsirsizlik prezumpsiyası" na
(Azərbaycan Respublikası Konstitusiyası 63-cü, CM-nin 21-ci maddəsi) görə, heç kəs məhkəmənin yekun qərarına qədər təqsirli sayıla bilməz.

Vüqar Dadaşov
Hüquqşünas


Xəbər 1453 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.10.2025  17:35 

Bakıda parad keçiriləcək

15.10.2025  11:58 

Prezident müraciət ünvanladı

15.10.2025  10:27 

Abşeronda qətl hadisəsi


BÜTÜN XƏBƏRLƏR +