Niyaməddin Orduxanlı Baş katib təyin olunub
Məşhur milyarder oğluna Azərbaycanda toy edəcək
Şıxlinskinin oğlunu 10 il həbs gözləyir
Qız şəkilləri bəyənən kişini sevgilisi döydü
“Kontakt Home”nin “Qızıl Zəmanət”i müştəriləri tələyə salıb
Sabah hava necə olacaq?
“Azərsu“nun dövlətə külli miqdarda vergi borcu yarandı
Ərəb turistlər Şəhidlər Xiyabanını ziyarət etdi
Müəllim sinifdə məktəbli qızla porno filmlər çəkib
200 balı keçən hər bir abituriyent tələbə olacaq - EKSPERT


20.08.2025  10:00 

İRANLA ERMƏNİSTAN “MÜHARİBƏ ALYANSI” YARADIR





A+  A-

Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlunun müəllifi olduğu “Cənub saatı” analitik verilişi Pozan TV-nin youtub kanalında davam edir.

Verilişdə səsləndirilən fikirlərin qısa tezisini təqdim edirik:

- İranın əsas hədəfi Rusiya və Türkiyəni regiondan uzaqlaşdırmaqdır. Bunun üçün də o ABŞ-ın regiona gəlməsinə göz yumurdu. İranın Ermənistandakı səfirinin “NYT”-ə verdiyi müsahibə İrandakıların yadında olar. Açıq bildirdi ki, biz Rusiya ilə müttəfiq deyilik, bir-birimizə müvafiq siyasət apara bilərik. Bu müsahibəni Ermənistan rəsmiləri təşkil etmişdilər. Məqsəd Rusiyanı Ermənistandan qovmağın mümkünlüyünü ABŞ-a göstərmək idi. İran bu məsələdə Yerevanın arxasındadır. İndi də Rusiyanı qovmaq istiqamətində olduğu üçün İran regionda üçüncü qüvvənin əleyhinə olduğunu bəyan edib. Heç zaman üçüncü qüvvə dedikdə aydın Aİ, NATO, ABŞ qüvvələrini nəzərdə tutduğunu bildirməyib.
ABŞ-ın Ermənistanda hərbi, siyasi, casusluq inkişafı baş tutduqca İranın da Ermənistana dəstəyi artıb. ABŞ Ermənistanda hərbi təlimlər keçirməyə başlayıb. Bəlkə də 4 hərbi təlim artıq keçirdib. O hərbi təlimlərin heç birinə dair İranın bəyanatı yoxdur. Aİ missiyası Kanada qoşulmaqla NATO missiyasına çevrildi. Bu gün Ermənistanla Azərbaycanın hesab edin ki, Ermənistanla İranın sərhədinin yaxınlığında dayanan Aİ missiyası əslində NATO missiyasıdır.



Rusiya ilə “mehriban” siyasət aparır, Rusiyanın Şimali və Cənubi Osetiya regionlarında işini qurub, Dağıstanda çox böyük ticarət, təhsil obyektlərinə malikdir. Abxaziyada qurduğu işi həm Rusiya, həm də Türkiyənin əleyhinə istifadə edir. Bütün bu işlərin böyük əksəriyyəti general Qasım Süleymani tərəfindən yeni keyfiyyət mərhələsinə çatdırıldı. Qarabağ ermənilərinə, Ermənistana dəstək onun dövründə ən pik nöqtəsinə çatdı. Bir qrup azərbaycanlıdan Rusiya və Türkiyə ərazisində öz maraqlarına istifadə edir.

Ciddi təsir vasitəsi Azərbaycanda işləyən mətbuatı vasitəsilə Rusiya və Türkiyə əleyhinə təbliğat aparmaqdır. Türkiyənin əleyhinə təbliğat mütəmadi olub, xüsusi verilişlər olmayıb. Rusiyanın İranı işğalı motivasiyasında İranın “Səhər-Azəri” kanalı verilişlər yayımlayıb.

RF sərhədçilərinin İran-Ermənistan sərhədini tərk etməsini İran bayram etdi. Bəzi erməni ekspertlərinin fikrincə, İran regiondan kənar qüvvə dedikdə məhz Türkiyəni nəzərdə tutur. İranın Ermənistandakı səfiri ermənilərlə birlikdə anti-Rusiya kampaniya hazırladılar. Səfir M.Sübhani NYT qəzetinə təşkil olunmuş müsahibədə İranın Rusiya ilə müttəfiq olmadığını bildirdi. Bu artıq İranın rəsmi mövqeyi deməkdir. Sadəcə bəzi mövzular üzrə əməkdaşlıq etdiklərini açıqladı. Bənzər fikr Türkiyə barəsində deyilməsə də Türkiyənin təkliflərini süngü ilə qarşılamaq, Türkiyə istiqamətində yalnız təhqirli ifadələrdən istifadə etmək hər şeyi göstərir. R.T.Ərdoğan Zəngəzur koridoru ilə “uduş-uduş” variantını təklif etdi. İran bunu rədd etdi. Türkiyənin nəqliyyat naziri A.Uraloğlu dəfələrlə Ermənistan vasitəsilə İranla nəqliyyat koridorunu gündəliyə gətirib və hər dəfə də İran ekspertləri tərəfindən təhqirli rədd olunub.

İranın Rusiya və Türkiyə ilə münasibətində ən neqativ element ali rəhbərin dəfələrlə İranın düşməninin osmanlı və çar Rusiyası olduğunu, hətta İsrailin İrana hücumu günlərində də ali rəhbərin dilində bu fikirlər təkrar olundu. Türkmənçay müqaviləsi ilə bağlı İranda nəşr olunmuş bəzi kitablar “Səhər-Azəri” kanalında oxunmağa başladı.
İranın Rusiya ilə bütün əməkdaşlığı minimal səviyyədədir. İkitərəfli strateji əməkdaşlıq haqqında müqavilədə hərbi hücumlara qarşı birgə iştirakla bağlı maddəni sənədə salınmasına məhz İran icazə vermədi.

İran iki dəfə Rusiyanın İsrailə hücum təklifini rədd etdi. Təklifi RF prezidenti V.Putin prezident İ.Rəisiyə vermişdi. Üçüncü təklifin gələcəyindən qorxan İran nəhayət, İ.Rəisini öldürməklə Rusiyanın növbəti təklifindən canını qurtardı. Rusiya-İsrail münasibətləri bir-birinə zidd xarakterlidir. İran üçün İsrail Rusiyadan daha üstündür deyə İran gələcəyini ABŞ və İsrailə bağladığı üçün o bu təklifi rədd etdi. İranda əhali su və elektrik problemindən ciddi əziyyət çəkir. İran hökuməti əhalini evindən bayıra çıxmağa qoymur. Evində otursun, su, elektriki az işlətsin. 10 il bundan əvvəl İranla razılaşdırılmış AES tikintisi proqramlarının reallaşmasına İran imkan vermədi. Sonra da tamamilə bundan imtina etdi.

İranın Türkiyə ilə sərhədyanı ərazilərində əhalinin əməkdaşlığı İranda bəlkə də qadağan olunmuş mövzulardandır.

İran həmişə Azərbaycanın həm Türkiyə, həm də Rusiya ilə münasibətlərinə qısqanclıqla yanaşıb və bunların hər ikisini gərginləşdirmək istiqamətində addım atır. Bu kontekstdə İran ekspertlərinə tək savadsızlığın, Allahın inkarçılığın yox, həyasızlığın da etalonu kimi baxmaq olar. İsrail vətəndaşı ABŞ-a gedir, vizada problem olduğu üçün miqrasiya xidməti onu tədbirdən çıxardıb, geri qaytarıb. İran mətbuatı bu mütəxəssisin hətta uşaqbazlıqla məşğul olduğuna görə həbs olunduğunu qaldırır. Azərbaycanda da İsrailin kiber müəssisələrinin olduğunu bildirir və elan edir ki, İsrailin kiber mütəxəssisləri bu işlə məşğuldur.

Türkiyədə yeni “Böyük savaş” verilişi açılıb, loqosunda 3 şəkil var:

1. İran Silahlı Qüvvələrinin baş qərargah rəisi, İranın birinci hücum günündə öldürülən M.Bagiri.

2. İran televiziyasının şüşəli binasına hücum zamanı canlı efirdə olan xanım.

3. Ali rəhbər S.Ə.Xamenei. Onların hər üçü azərbaycanlıdır. Ola bilər onların azərbaycanlı olduğunu çox adam bilsin. Təbii ki, ali rəhbəri bilirlər. M.Bagiri də Azərbaycanda tanınmışdır. Xanım jurnalist də ərdəbillidir. O veriliş guya Azərbaycanın idealları ilə işləyir, amma bir dəfə də olsun Xocalı soyqırımını dilə gətirməyib, Şuşa hansı qaydada işğal olunub, niyə İran Tehranda Şuşa ilə bağlı danışıqlar getdiyi halda Azərbaycana nəinki kömək etmədi, hətta Azərbaycana məlumat da ötürmədi.

Türkiyədə olan İranın media platformalarına görə hər şeydə günahkar Azərbaycandır.

Təbii ki, onlara Türkiyə hökumətinin münasibətində müəyyən dəyişikliklər var. Orada da vəziyyəti nizamlamaq istiqamətində müəyyən işlər görüləcək.

İranın RF və Türkiyəyə mübarizəsində əsas aləti Ermənistanla yenicə yaratdığı müharibə alyansıdır. Moskva və Ankara bu alyansın qarşısını almalıdır. Qasim Süleymaninin ölüm əmrini verməsinə baxmayaraq, İran Trampın əmrlərini yerinə yetirir. Təki Azərbaycan daim Ermənistanla müharibədə olsun, RF və Türkiyə Qafqazdan çıxsınlar.



Xəbər 387 dəfə oxunub.





Bölməyə aid digər xəbərlər

20.08.2025  12:45 

Sabah hava necə olacaq?

20.08.2025  12:33 

Xalq artisti qızını polisə verdi


BÜTÜN XƏBƏRLƏR +