27.05.2025 10:58
İranın regionda olmasının 3 əlaməti... - ŞƏRH
"İranın regionda olmasının 3 əlaməti var. Birincisi, N.Paşinyanın sülhdən tez-tez danışmasıdır. İran Ermənistanla münasibətlərini zəiflədən kimi N.Paşinyan da sülh müqaviləsinin imzalanması mövzusunu dayandırdı. İkincisi, yenidən Sünik kəndlərində atəş səslərinin eşidilməsi, üçüncüsü də sülh razılaşmasının mətninə məhdudiyyətlərin qoyulmasıdır".
Bu barədə açıqlamanı XəzərNews.az-a politoloq Mübariz Əhmədoğlu verib.
M.Əhmədoğlu bildirib ki, N.Paşinyan razılaşdırılmış mətni açıqlayarakən mətndə olmayan mövzuya münasibətdə xəstə erməni təxəyyülünün daşıyıcısı kimi reaksiya verir:
"Bu mövzuda N.Paşinyanın Ermənistandakı revanşistlərlə heç bir fərqi yoxdur. Burada maraqlı əlamət ondan ibarətdir ki, N.Paşinyan və dünyanın digər dövlətləri ilə Azərbaycanla razılaşdırılmış sülh mətnini müzakirə edərkən heç bir məhdudiyyət gözə dəymir. Sanki N.Paşinyan və komandası qarşı tərəfi danışıqda məhdudiyyəti qəbul etmədiyini bilir. Onların fikrincə, əsas Azərbaycanla Ermənistan arasında sülh razılaşması əldə edilməsidir".
Politoloq qeyd edib ki, İran-Ermənistan münasibətləri aktivləşəndə hər dəfə “Ermənistanın ərazi bütövlüyü pozulmamalıdır, suverenliyi qorunmalıdır, koridor məntiqi olmamalıdır, kommunikasiyalar Ermənistanın suverenliyi şərti ilə reallaşmalıdır” fikri təkrarlanır:
"Bunlara aid sadə misal: Ermənistanda keçirilən “Yerevan dialoqu”nda N.Paşinyan Azərbaycanla münasibətlər barədə monoloqunda bütün bunları nümayiş etdirdi. O, Qərbi Azərbaycanın Ermənistanda olmadığını, Azərbaycanın Ermənistanla sərhəd qərb rayonları olduğunu və bunun da heç vaxt reallaşmayacağını bildirdi. Qərbi azərbaycanlıların Ermənistana qayıtması da belədir. Hər iki mövzunun kökü var. SSRİ Mərkəzi Komitəsinin Zəngəzur mahalını Azərbaycan SSR-dən alıb, Ermənistan SSR-ə verməsi də sənədləşmişdir".
M.Əhmədoğlu əlavə edib ki, azərbaycanlıların 1987-ci ildən başlayaraq Ermənistan ərazisindən deportasiya olunması da həm SSRİ mətbuatında, həm də beynəlxalq aləmdə dəqiq bəlli olandır. Hətta o zaman bəzi ekspertlər Spitak zəlzələsini Ermənistanda azərbaycanlıların qovulması ilə başlayan insan aktivliyi ilə əlaqələndirdilər. O da həqiqətdir ki, Spitak zəlzələsi Ermənistanla bağlı bütün mövzunu əhatə etsə də azərbaycanlıların qovulması həm SSRİ-nin mərkəzi mətbuatında, həm də xarici mətbuatda işıqlandırıldı. Sonradan bu barədə kitablar yazıldı. Məşhur ermənipərəst Tomas de Vaalın kitabına baxa bilərlər".
Xəbər 369 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|