İlham Əliyev Zəngilana səfər edib
Əhmədzadənin həbsi ilə... 32 azərbaycanlı uşağın təhsili yarıda qaldı
“Lukoyl” Azərbaycandakı məntəqələrini satışa çıxardı
“Bolmart” supermarketlər şəbəkəsi bağlanıb
Deputatın üçüncü oğlu üzə çıxdı
Seçkili orqanlarda tayfabazlıq... - Sərdar Cəlaloğlu
Ermənistan kimi seçdi: Tehranı, yoxsa Bakını?
İstintaqın əlində siyahı varsa... - İqbal Ağazadə
Prezident pambıq emalı zavodunun fəaliyyəti ilə tanış olub
Baltik şirkətləri Rusiyanın “kölgə donanması”na dəstək verir


28.10.2025  11:36 

İstintaqın əlində siyahı varsa... - İqbal Ağazadə





A+  A-

Xəbər verdiyimiz kimi, dünən Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin Azərbaycanda dövlət çevrilişi həyata keçirmək istəyi ilə bağlı Rusiyanın müəyyən strukturlarının rəhbərlərinə göndərdiyi məktub yayıldı. O, məktubda Azərbaycanda dərin siyasi-iqtisadi böhran yarandığını, dövlət idarəetməsində islahatlar aparılmasının vacibliyini vurğulayır, hakimiyyətin 50 nəfərdən ibarət olacaq Dövlət Şurasına verilməsi təklifi ilə çıxış edir.

XəzərNews.az xəbər verir ki, yayılan məktubla bağlı Bakupost.az -a açıqlama verən Ümid Partiyasının sədri İqbal Ağazadə bildirib ki, hər kəs qanun qarşısında bərabər şəkildə cavab verməlidir:

“İstəyir keçmişdə xidməti olsun, yaxud olmasın, hamı qanun qarşısında cavab verməlidr. Nəyin və necə olmağından asılı olmayaraq, əməl varsa, mütləq onun nəticəsi Cinayət Məcəlləsindəki maddələr üzrə cəzalandırılmalıdır”.

Məktubda R.Mehdiyevin "dövlət xadimləri, iqtisadçılar, hüquqşünaslar, elm və mədəniyyət nümayəndələrindən ibarət 50 nəfərlik Dövlət Şurası yaradılması" təklifinə toxunun partiya sədri “istintaqın əlində siyahı varsa, yəqin ki, nə zamansa açıqlanacaq” deyib.


Xəbər 316 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.10.2025  11:03 

Prezident Sabirabada səfər edib

27.10.2025  13:52 

Ramazan ayı bu tarixdə başlayacaq


BÜTÜN XƏBƏRLƏR +