SOCAR-ın maliyyə hesabatındakı bəzi qeydlər niyə yığışdırlıb?
Təsadüfün qazandırdığı yarım milyon dollar
Cəmil Həsənli yenə DTX-ya çağırılıb
Bu halda: 66 nəfər həlak olub, 84 nəfər xəsarət alıb
Bu vərəsələrə müavinət ödəniləcək
Bakıda hava yağmursuz keçəcək - Sabah
Əjdər Olun kassasiya şikayətinə baxılıb
Prezidentimizə eşq olsun... - Aqil Abbas
Xəstə uşaq şəkli ilə 200 min manat yığdı - VİDEO
Tramp Putinlə “sülh planı“nı müzakirə edib


15.12.2025  16:37 

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi... - DİN-dən təşəbbüs





A+  A-

Daxili İşlər Nazirliyi vətəndaşların gündəlik həyatını asanlaşdırmaq və dövlət xidmətlərinin keyfiyyətini artırmaq məqsədilə bir sıra xidmətlərin təkmilləşdirilməsi üzrə yeni rəqəmsal təşəbbüs hazırlayıb.

XəzərNews.az xəbər verir ki, bu barədə məlumatı DİN yayıb.

Təkliflərə əsasən:

- şəxsiyyət vəsiqələrinin, ümumvətəndaş pasportlarının və sürücülük vəsiqələrinin alınması və yenilənməsi,

- nəqliyyat vasitələrinin qeydiyyatı üzrə ilkin sənədlərin qəbulu tam və ya mərhələli şəkildə rəqəmsallaşdırılacaq.

Vətəndaşlar ilkin müraciətlərini dövlət qurumlarına getmədən onlayn formada təqdim edə biləcəklər.

Bu təşəbbüs “rəqəmsal hökumət” modelinin gücləndirilməsinə, dövlət xidmətlərinin daha əlçatan və keyfiyyətli olmasına, eləcə də vətəndaş məmnunluğunun artırılmasına xidmət edir və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə töhfə verir.

Xəbər 1250 dəfə oxunub.




15.12.2025  15:50 

Amnistiya kimlərə şamil olunacaq?


BÜTÜN XƏBƏRLƏR +