Vüqar Məmmədov həbs edilib
Məqsədimiz sülhü qazanmaq idi...- Hikmət Hacıyev
Yalandır, hazırda Bakıdayam - Əli Həsənov
42 yaşında universitet bitirib, 20 ildir icra başçısıdır
SEPAH komandirinə sui-qəsd edildi
Lukaşenko: Ukraynaya nəzarət bərpa olunmayacaq
Bir erməninin belə Qarabağa təhlükəsiz qayıtması... - Simonyan
Sərhədin demarkasiyası baş tutmayınca - Hayk Qalumyan
Bu səs-küy onun Mehdiyevin gəlini olmasına görədir – Sərdar Cəlaloğlu
Bu avtobusların hərəkət sxemi dəyişdirilir?


31.10.2025  12:36 

Şimal nağıllarında təsvir edilən cənnət - Kanada





A+  A-

Tamamilə şimal və qərb yarımkürəsində bir ölkə düşünün, dünyada ən yüksək inkişaf səviyyəsinə çatıb, insanlar rifah halında yaşayır, təhsil, elm, səhiyyə və s. Hər şey dünyada birincilərdəndir. Bu ölkənin adı Kanadadir. Fransızlar bura gələndə yerli əhalidən buranın adını soruşanda yaşadıqları kəndin adını demişdilər yəni "Kanata". Fransızlar isə həmin adı ya səhvən ya da bilə - bilə bütün ölkəyə qoydular. ÜDM-in həcmi 2022-ci ildə 2 trln dollardan, adambaşına düşən ÜDM isə 57 min dollardan çoxdu.

Ölkə sanki şimal xalqlarının nağıllarında təsvir edilən bir cənnətdir. Hər yerdə bolsulu çaylar, göllər, iynəyarpaqlı meşələr, şimal heyvanları (maral, qunduz, ayı, skuns və s), qarlı zirvələr, şəlalələr və daha nələr - nələr. Dünyanın hər tərəfindən turistlərin axışdığı Niaqara şəlaləsi də məhz Kanadada yerləşir (bir hissəsi də ABŞ -da).

Ölkəyə ilk gələnlər Berinq dənizinin quru olduğu vaxtlar (buzlaşma nəticəsində) asiyalılar idi. X əsrdə isə Vikinqlər (normalar) indiki Laborador yarımadasına qədər gedib çıxdılar. 16-ci əsrdə isə bu ərazilər ingilis və fransızlar arasında döyüş meydanına çevrildi. Beləliklə "yeddillik müharibə" başladı. Müharibənin sonunda Fransa Şimali Amerikada bir çox müstəmləkələrini itirdi. İngiltərə o vaxta qədər mövcud olan koloniyalarını birləşdirib 1867-ci ildə Kanada federal dominonunu qurdu.

Ölkəni İngiltərə kralı lll Charlesin təyin etdiyi general - qubernator idarə edir (Mary Simon adında qadın). Faktiki olaraq Kanada Britaniyaya bağlı, onun yarı müstəmləkəsi olan bir ölkədir.

Kanadanın devizi "Dənizdən dənizə Kanada"dır. Üç okeana çıxışı var.

Kanadanın sahəsi 9,9 milyon kv. km, əhalisi isə cəmi 38 mln-dur. Dünyada əhalinin sıxlığına görə ən aşağı göstəricilərdən birinə malikdir. Ölkə ərazisinin 80%-dən çoxunda heç kim yaşamır, tamamilə vəhşi təbiətin ixtiyarındadır.

Sahəsinə görə dünyada Rusiyadan sonra 2-ci olan ölkənin 30%-i tayqa meşələri ilə örtülüb. Təkcə Kanadada dünyada olan bütün göllərdən daha çox göl var (təxminən 1 mln -dan çox göl var)

Kanadanın iki dili var, ingilis və fransız dilləri. Üçüncü ən çox danışılan dil Çin dilidir, təxminən ölkədə 4 mln-dan çox çinli yaşayır.

Əgər siz Kanadanın şimal əyalətlərinin birində yaşayırsınızsa maşının və evin qapılarının kilidini açıq saxlamağa məcbursuz. Çünki, burada qütb ayılarının tez tez hücumu olur. Qaçan adamlar təhlükədən qurtulsun deyə. Və dünyada yeganə ölkədir ki, burada evlərə yaxud insan olan yerlərə hücum edən ayıların həbsxanası var.

Kanada Səudiyyə Ərəbistanı və Venesueladan sonra dünyada üçüncü ən böyük neft ehtiyatına malikdir. Bildiyiniz kimi Venesuela dünyada neft ehtiyatına görə birinci yerdə dayanır.

Kanadalılar qar arabası, televizor, elektron mikroskop, insulin, telefon, kerosin və bir çox başqa əvəzolunmaz əşyalar icad edərək dünyanın elm dünyasına böyük töhfələr veriblər.

Kanadalılar çox nəzakətli millətdir. Təsadüfən bir kanadalını incitsəniz belə, böyük ehtimalla birinci o, sizdən üzr istəyəcək. Hətta bir zarafat da var: Kanada xalqı nəzakət yarışmasında iştirak etsəydi, çox güman ki, birinci yeri nəzakətlə başqasına verib özü 2-ci yeri tutardı.

Kanadanın şimal-qərbində nəqliyyat vasitələrinin işarələri qütb ayısına bənzəyir. Çünki, bura qütb ayılarının vətənidir, xalq belə düşünür ki, insanlar gəlməzdən öncə burada ayılar yaşayıb və onların xətirlərinə dəymək olmaz.

Qunduzlar Kanadanın milli heyvanlarıdır. Təxminən 15 milyondan çox qunduz yaşayır. Onların rahat hərəkət etməsi üçün 850 m uzunluğunda tunel çəkilib.

Kanadada qışın minimum temperaturu 1947-ci ildə Yukonda qeydə alınıb və -62˚ təşkil edib.

ABŞ və Kanada arasındakı sərhəd planetdə mövcud olan ən uzun sərhəddir.

Kanadada Yer kürəsinin ən şimal yaşayış məntəqəsi yerləşir. Bu, Ellesmir adasının şimal sahillərində yerləşən hərbi bazadır.

Kanada əhalisinin sıxlığı planetin ən aşağı göstəricilərindən biridir. Bir kvadrat kilometrə cəmi 3,5 nəfər düşür.

Kanadada planetdə adında ikiqat nida olan yeganə yaşayış məntəqəsi var - "Saint-Louis-du-Ha! Ha!"

Eyni zamanda, Kanadada milli təhsil sistemi yoxdur və əyalətlər müstəqil olaraq öz təhsil sistemlərini inkişaf etdirirlər.

Osman Eminov




Xəbər 450 dəfə oxunub.



31.10.2025  19:00 

Vüqar Məmmədov həbs edilib

31.10.2025  17:20 

Muazzez Abacı infarkt keçirdi

31.10.2025  15:45 

SEPAH komandirinə sui-qəsd edildi

31.10.2025  11:42 

Ermənistanda İranın güc amili

30.10.2025  18:56 

Putindən əmr: Əməliyyatlar...


BÜTÜN XƏBƏRLƏR +