İlham Əliyev Zəngilana səfər edib
Əhmədzadənin həbsi ilə... 32 azərbaycanlı uşağın təhsili yarıda qaldı
“Lukoyl” Azərbaycandakı məntəqələrini satışa çıxardı
“Bolmart” supermarketlər şəbəkəsi bağlanıb
Deputatın üçüncü oğlu üzə çıxdı
Seçkili orqanlarda tayfabazlıq... - Sərdar Cəlaloğlu
Ermənistan kimi seçdi: Tehranı, yoxsa Bakını?
İstintaqın əlində siyahı varsa... - İqbal Ağazadə
Prezident pambıq emalı zavodunun fəaliyyəti ilə tanış olub
Baltik şirkətləri Rusiyanın “kölgə donanması”na dəstək verir


28.10.2025  13:52 

Seçkili orqanlarda tayfabazlıq... - Sərdar Cəlaloğlu





A+  A-

Məlum olduğu kimi, oktyabrın 25-də Ana Vətən Partiyasının qurultayında partiya sədri Fəzail Ağamalı ilə oğlu Elçin Ağamalı arasında qalmaqal baş verib. Ata Ağamalı partiyaya rəhbərliyi deputat qızı Günay Ağamalıya həvalə etmək istəsə də, partiya üzvlərinin bir qismi Elçin Ağamalının namizədliyini dəstəkləyib. Nəticədə qurultayda F.Ağamalı ilə oğlu arasında gərginlik yaşanıb və qurultay təxirə salınıb. Hazırda ata-oğul arasında mübahisə hüquqi müstəvidə davam edir.

XəzərNews.az xəbər verir ki, Bakupost.az məsələ ilə bağlı Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun fikirlərini öyrənib.

ADP sədri bunun çox ciddi məsələ olduğunu, Azərbaycanda traybalizmin artıq siyasi partiyalara da keçdiyini bildirib:

"Fəzail Ağamalının partiyasında sədrliyə iki nəfər – qızı və oğlu namizədliyini irəli sürüb. Necə ola bilər ki, ailədən kənar kimsə partiyaya sədrlik etmək istəməsin? Fəzail bəy deyir ki, mən qızımı seçdim və istədim ki, məndən sonra qızım olsun. Axı, "Siyasi partiyalar haqqında" qanun var. Partiyanın rəhbər orqanları seçkilidir, varislik prinsipi ilə deyil. Bunun özü də göstərir ki, traybalizm artıq yavaş-yavaş ictimai-siyasi proseslərə də təsir edir. Baxıram, televizorda bir diktor öz oğlunu gətirib ona diktorluq fəaliyyətini öyrədir, yaxud prokuror oğlunu prokuror qoydurmağa çalışır. Yəni faktiki olaraq, Azərbaycanda traybalizm o qədər geniş yayılıb ki, hətta ictimai təşkilatlarda, seçkili orqanlarda da artıq tayfabazlıq, qohumbazlıq, varislik həyata keçirilir. Bu, tamamilə yanlış və təhlükəli məsələdir. AVP-yə rəhbərlik məsələsinin müzakirəyə çıxarılması göstərir ki, bu təşkilat "Siyasi partiyalar haqqında" qanunla idarə olunmur”.


Xəbər 383 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.10.2025  11:03 

Prezident Sabirabada səfər edib

27.10.2025  13:52 

Ramazan ayı bu tarixdə başlayacaq


BÜTÜN XƏBƏRLƏR +