Moskva üzərində 6 PUA məhv edilib
İranda güclü zəlzələ
Bərdə terrorundan 5 il ötür
Ukrayna bu ölkədən qırıcılar alacaq -Zelenski
Həyəcan təbili: quş qripi sürətlə yayılır
Kənan Heybətov dünya çempionu oldu
Ayfon işlədənlərin WhatsApp-ında problem: Statuslarda səs çıxmır
“Mehdiyevçilikdən” “antimehdiyevçiliyə” keçidin Əli İnsanov düsturu...
Vanqanın dəhşətli proqnozları
Əli Nağıyev Gürcüstana səfər edib


25.10.2025  11:56 

Xəstəxana əlil arabasında olan qardaşımı qəbul etmir -VİDEO





A+  A-

Əlil arabasında xəstəlikdən əziyyət çəkən 38 yaşlı İsmayıl Mirzəyev göndərişi olmasına baxmayaraq, Sabunçu Tibb Mərkəzinə qəbul edilmir.

Xəzərnews.az xəbər verir ki, bu barədə Xəzər TV-yə danışan xəstənin bacısı Səbinə Mirzəyevanın sözlərinə görə, qardaşının sinirləri virus səbəbindən iflic olub.

O bildirib ki, hər şey 3 ay öncə qəfildən başlayıb: “Yolda yıxıldı. Xəstəxananın nevrologiya şöbəsində tetraparez polineyropatiya diaqnozu qoyuldu. Ancaq bu, infeksion polineyropatiya deyil, xronikidir. Sağ ayağı, ümumiyyətlə, işləmir, sol ayağında bir az hissiyyat var. Getdikcə bütün orqanizmə yayılır. Təcili xəstəxanaya yerləşdirməyə ehtiyacı var. Çünki çətin vəziyyətdədir”.

Ona təqdim edilən göndərişi də göstərən S.Mirzəyevanın iddiasına görə, Sabunçu Tibb Mərkəzi hər dəfə bir səbəb göstərərək qardaşını xəstəxanaya qəbul etmir: “Əlil arabasında qardaşımı qəbul etmirlər. Bizə sonuncu dəfə dedilər ki, xəstəxanada yer yoxdur. Bu, necə ola bilər?!”

Məsələ ilə bağlı Sabunçu Tibb Mərkəzindən bildirilib ki, növbətçi həkim-nevroloqun baxışı zamanı İsmayıl Mirzəyevin emosional gərginliyi nəzərə alınaraq xəstənin müvəqqəti olaraq Psixosomatika şöbəsinə yerləşdirilməsi təklif olunub, lakin pasiyent bu təklifdən imtina edib: “Nevrologiya və Psixosomatika şöbələrinin ixtisaslı həkimləri tərəfindən xəstəyə təkrar baxış keçirilib. Hazırda xəstənin mövcud vəziyyəti nevroloji baxımdan kəskinləşmə dövründə olduğu üçün müalicəsinin Nevrologiya şöbəsində davam etdirilməsi qərara alınıb”.

Daha ətraflı videomaterialda:



Xəbər 323 dəfə oxunub.




27.10.2025  00:41 

İranda güclü zəlzələ

27.10.2025  00:30 

Bərdə terrorundan 5 il ötür

25.10.2025  14:54 

Bu restoranlar bağlanır?

25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq


BÜTÜN XƏBƏRLƏR +