Şahin Şıxlinski təkadamlıq kameraya salınıb
Xırdalan və Masazıra metro xətti çəkilir?
“Balaxanı Operating Company” şirkəti qanunsuz fəaliyyətə görə cərimələndi
Cərrahlara saxta sertifikat verən nazirlik əməkdaşları məhkəməyə çıxdı
“Grand Motors”dan 200 minlik oğurluq
Sabahın havası açıqlandı
11 yaşlı qıza seksual hərəkət edən ilahiyyatçıya hökm oxundu
AZAL-dan aviabiletlərin bahalaşması ilə bağlı AÇIQLAMA
Bakıdakı xoşagəlməz qoxunun səbəbi nədir?
Qadınlar işləməsin deyən Fərhad Pərvizini qadınlar işdən çıxardı


05.08.2025  14:08 

İcra Hakimiyyəti sahibi həbs olunmuş şirkətlə 685 minlik müqavilə bağlayıb- ARAŞDIRMA





A+  A-

İsmayıllı rayon İcra Hakimiyyəti növbəti tenderinə yekun vurub.

Sözügedən dövlət qurumu İsmayıllı şəhərinin prospekt və küçələrində asfalt örtüklü yolun əsaslı təmiri işlərini reallaşdıracaq.

Bu məqsədlə İcra Hakimiyyəti “ATF” MMC ilə satınalma müqaviləsi imzalayıb. Onun dəyəri isə 685 min 819 manat təşkil edir.

Tribunainfo.az-ın açıq mənbələr üzərindən apardığı araşdırma zamanı məlum olub ki, İsmayıllı İcra Hakimiyyəti son bir ildə cəmi 6 tender keçirib. Maraqlı məqam odur ki, həmin tenderlərin yarısını, yəni üçünü eyni şirkət udub. Həmin şirkət isə “ATF” MMC-dir.

Araşdırma zamanı bəlli olub ki, dünən keçirilən tenderrdən savayı, İsmayıllı İcra Hakimiyyəti İvanovka kəndində yolların əsaslı təmiri işlərini ötən ilin dekabrında tender yolu ilə ATF-ə verib. Bunun üçün tərəflər arasında 91 min 511 manatlıq müqavilə bağlanılıb.

Digər tender isə İvanovka işlərindən 8 gün qabaq, yəni 17 ddekabr 2024-cü ildə reallaşıb. Açıq mənbələrə qeyd edilir ki, İsmayıllı rayonunda büdcə və büdcədənkənar vəsaitlər hesabına yolların əsaslı təmiri işlərini udan ATF MMC buna görə İcra Hakimiyyətindən 931 min 724 manat alıb.

Açıq mənbələrə “ATF” MMC ilə bağlı çeşidli məlumatlar mövcuddur. Bu şirkətin əsasən Göyçay rayonunda asfalt yollarının tikintisi ilə məşğul olduğu və Azad, Təbriz və Faxrəddin Muradov qardaşları tərəfindən yardıldığı bildirilir. Şirkətin adı da onların adlarının baş hərflərinin birləşməsindən ibarətdir.

Məsələn, Valyuta.az saytı araşdırmasında bununla bağlı yazır ki, sözügedən MMC Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədovun sevimli şirkətidir.

Həmin məlumatlarda vurğulanır ki, ATF şirkəti 2010-cu ildə 3,4 milyon manat, 2011-ci ildə 5,23 milyon manat, 2012-ci ildə 12,22 milyon manat, 2013-cü ildə 17,72 milyon manat, 2014-cü ildə 9,13 milyon manat, 2015-ci ildə 13,5 milyon manat, 2016-cı ildə 2,43 milyon manat, 2017-ci ildə 3,75 milyon manat, 2018-ci ildə 3,15 milyon manat, 2020-ci ildə 4 milyon manat dəyərində tenderlər “qazanıb”. Tenderlərin ümumi dəyəri isə 75 milyon manat olub.

Açıq mənbələrdə qeyd edilir ki, AAYDA bahalı layihələrin icrasını adətən özü həyata keçirir. Amma AAYDA sədri Saleh Məmmədov bəzən istisnalara yol verir və bu vaxt onun köməyinə öz himayədarlığı ilə yaranan “ATF” MMC şirkəti gəlir. Lakin tərəflər arasında hansı əlaqələrin olması barədə hər hansı yoxdur.

Maraqlı məqamlardan biri də budur ki, “ATF” MMC-nin təsisçisi və faktiki rəhbəri Fəxrəddin Muradov Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilərək məhkəmə qərarı ilə həbs olunub. Rəhbərlikdə isə onu qardaşları Azad və Təbriz Muradovlar əvəzləyib. Buna baxmayaraq, Saleh Məmmədovun agentliyi şirkətlə “işləməyə”, “ATF” də qurumun tenderlərinin rəqibsiz qalibi olmaqda davam edib.

Xatırladaq ki, İsmayıılının icra başçısı Bağırov Nahid Rza oğludur. O, 2020-ci ildən rayona rəhbərlik edir.

Yazıda adı keçən tərəflərin də mövqeyini dərc etməyə hazırıq.

Xəbər 58 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.08.2025  16:33 

Yeni cərimələr təsdiqləndi

05.08.2025  14:06 

Sabahın havası açıqlandı

05.08.2025  14:01 

19 aptekdə nöqsanlar aşkarlandı

05.08.2025  11:34 

Polis 41 kq narkotik aşkarlayıb

05.08.2025  11:08 

Sabiq deputata yeni vəzifə verildi


BÜTÜN XƏBƏRLƏR +