Zaur Mikayılovun qudaları vəzifədə... - FOTO
PA-nın adından 4500 manatlıq dələduzluq
Baş nazirin adından saxta sənəd hazırlayan sahibkar cəzalandırıldı
Bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılır
Bakının bu hissələri işıqsız qalıb
İmamoğlunun magistr diplomu da ləğv edildi
Səsyazısı yayılan direktora töhmət verildi
Sulutəpə sakinlərindən ŞİKAYƏT: “Ərazidə bir transformator var idi, onu da sökdülər“
Xaricdə yaşayan blogerə hökm oxunub
Dövlət qurumu MTK rəhbərindən çıxarış üçün pul istəyir?


25.09.2020  09:07 

Çiplərlə bağlı TƏBİB rəsmisindən AÇIQLAMA





A+  A-

“COVID-19 peyvəndi ilə insanları çipləşdirmək şayiədir, elmi əsası yoxdur”.
XəzərNews.az xəbər verir ki, bunu TƏBİB Elmi Komitəsinin Sədri, professor Akif Qurbanov İctimai Televiziyada yayımlanan “Diqqət mərkəzi” verilişində deyib:

“Çipləşdirmə məsələləri artıq modern dünyanın bir istiqamətinə çevrilib. Yəqin insanlar onun üzərindən belə fikirləşirlər. Hətta insanlar könüllü şəkildə gedib uşaqlarını və özlərini çipləşdirirlər. Ancaq çox təəssüf ki, insanlar COVID vaksini haqqında fikirləşərkən onların ağlına dərhal çipləşmə məsələsi gəlir. Bu fikirlərin heç bir əsası yoxdur. İnsanları kimsə çipləşdirmək istəsəydi, onu başqa üsullarla edərdilər. Ən azından onu körpələrə vurulan vaksinlərin tərkibində edərdilər. Daha bu cür bütün əhali kütləsinə nəzərdə tutulan preparatla yox.

Mənə elə gəlir ki, bu iddia əsassızdır, kimlərinsə ortaya atdığı, hansı məqsədlərə xidmət etdiyi məlum olmayan, tam əsassız bir şeydir.

Xəbər 3678 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +