Zaur Mikayılovun qudaları vəzifədə... - FOTO
PA-nın adından 4500 manatlıq dələduzluq
Baş nazirin adından saxta sənəd hazırlayan sahibkar cəzalandırıldı
Bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılır
Bakının bu hissələri işıqsız qalıb
İmamoğlunun magistr diplomu da ləğv edildi
Səsyazısı yayılan direktora töhmət verildi
Sulutəpə sakinlərindən ŞİKAYƏT: “Ərazidə bir transformator var idi, onu da sökdülər“
Xaricdə yaşayan blogerə hökm oxunub
Dövlət qurumu MTK rəhbərindən çıxarış üçün pul istəyir?


21.07.2025  15:55 

Məktəbəqədər təhsilin əhatə dairəsi genişləndirilir - Dəyişiklik





A+  A-

Məktəbəqədər təhsilin əhatə dairəsi genişləndirilir.

XəzərNews.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Təhsil haqqında” və “Məktəbəqədər təhsil haqqında” qanunlara təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Belə ki, məktəbəhazırlıq qruplarının fəaliyyət göstərdiyi məktəbdənkənar təhsil müəssisələrinin də məktəbəqədər uşaqların təhsili ilə məşğul olan müəssisələrin siyahısına əlavə edilib.

Məktəbəhazırlıq məktəbəqədər təhsil müəssisələri, ümumi təhsil müəssisələri ilə yanaşı, məktəbəhazırlıq qruplarının fəaliyyət göstərdiyi məktəbdənkənar təhsil müəssisələrində də həyata keçiriləcək.

Bundan başqa, məktəbəqədər təhsil uşağın valideynlərinin və ya digər qanuni nümayəndələrinin arzusu ilə məktəbəqədər təhsil müəssisələri, ümumtəhsil müəssisələrinin müvafiq strukturları ilə yanaşı, məktəbdənkənar təhsil müəssisələrində də həyata keçiriləcək.

Vurğulanır ki, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planına əsasən, məktəbəqədər təhsil sahəsində alternativ təhsil və maliyyələşmə modelləri (icma əsaslı məktəbəqədər təhsil, valideyn-dövlət-özəl əməkdaşlığı və s.) əsasında əhatəliliyin artırılması nəzərdə tutulub.

Xəbər 285 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +