“Qarabağ“ın gəncləri “Benfika“ya uduzdu
Prezidentlər Şuşa qalası önündə foto çəkdiriblər
Əməliyyatdan sonra qadın iflic oldu
Qızına qarşı cinsi zorakılıq edən şəxs 13 il iş aldı
ABŞ: “Müharibə 90 günə bitə bilər”
Tanınmış şairin səhhəti pisləşib
Zelenski Putinlə görüşməyə hazır olduğunu açıqlayıb
Vəzifəli şəxslərin həbsi tələb edildi - Azərbaycanda
Azərbaycanda faktiki hava açıqlanıb
İranın İslami strukturlarla münasibətlərində gərginlik – Açıqlama


16.09.2025  20:00 

FARSLAR ERMƏNİLƏRƏ NECƏ QURBAN VERİLİR? ŞOK DETALLAR...





A+  A-

Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlunun müəllifi olduğu “Cənub saatı” analitik verilişi Pozan TV-nin youtub kanalında davam edir.

Verilişdə səsləndirilən fikirlərin qısa tezisini təqdim edirik:

- Əli Əkbər Vilayəti İranda fərqli və orijinal gəncliyin təmsilçilərindən biri olub. O dövrdə dünyanın əksər ölkələrində soyuq müharibə siyasi aktorların formalaşmasında və onların siyasi həyatına yön verməkdə mühüm rol oynayırdı. İranda isə hakimiyyət daxilində ənənəvi ziddiyyətlər mövcud idi və xarici təsirlər ölkənin bütün sahələrinə, o cümlədən dinə də sirayət edirdi. Hakimiyyət daxilində mübarizələr, eləcə də xarici müstəmləkəçilik meyilləri İranı hətta şiəlikdən uzaqlaşmağa vadar edirdi. Bu, əsasən ruhanilərin əhali üzərində böyük nüfuzu ilə bağlı idi. Nəticədə İslam inqilabı ərəfəsində İranda çoxsaylı siyasi cərəyanlar və partiyalar fəaliyyət göstərirdi. Onlardan bəzilərini SSRİ, digərlərini isə ABŞ yaratmışdı.



Bugünkü İran rəhbərliyinin “terrorçu” və “düşmən” adlandırdığı Mücahidin-Xalq təşkilatı İslam inqilabından əvvəl və onun ilk illərində aktiv təşkilatlardan biri idi. “Xalq Cəbhəsi” ideyası sosialist internasionalından qaynaqlansa da, sonradan ABŞ bu ideyadan uğurla faydalandı. SSRİ-nin dağılmasının da məhz “Xalq Cəbhəsi” hərəkatı ilə başlaması təsadüfi deyildi. Azərbaycanda da bu ideya geniş yayılmışdı. Əvvəlcə Baltikyanı ölkələrdə formalaşan hərəkat SSRİ-nin digər respublikalarına yayıldı və imperiyanın süqutuna gətirib çıxardı.

ABŞ bu ideyanı SSRİ-dən əvvəl İranda tətbiq etmişdi. O zaman Xalq Cəbhəsinin ən fəallarından biri Əli Əkbər Vilayəti idi. Onun ailəsi şahpərəst və Qərbə bağlı idi. Ə.Vilayəti də müəyyən dərəcədə narazılıqlarını ifadə edən şəxs idi. ABŞ ya bundan yararlandı, ya da o özü Qərbə yaxınlaşdı.

İran şahına qarşı Xalq Cəbhəsi ABŞ-ın yaratdığı bir struktur idi, lakin şahı devirməyə gücü çatmırdı. Buna görə ABŞ Xalq Cəbhəsinin böyük hissəsini Xomeyniçilərə qoşdu. Çünki islamçılar çoxsaylı idi. Nəcəfdə yaşayan, dərs deyən Xomeyni Fransaya gətirildi, burada mətbuatla tam təmas qurduqdan sonra mühafizə dəstəsi ilə İrana qaytarıldı. Şahın güc tətbiq etməməsi də ABŞ-ın təsiri ilə bağlı idi.

Ə.Vilayəti ABŞ-da tibbi təhsil alıb, ehtimal ki, əlavə kurs və təlimlərdən də keçib. İslam inqilabının ilk illərində aktiv rol oynayıb və qısa müddət ərzində Səhiyyə naziri, daha sonra isə Xarici İşlər naziri təyin edilib. ABŞ-da aldığı təhsilə görə ona xarici siyasətdə etibar edilib. Uzun müddət, hətta SSRİ dağıldıqdan sonra da bu vəzifəni icra edib.

Ə.Vilayətinin siyasi fəaliyyətində Azərbaycan üçün də diqqətçəkən məqamlar var. İran-İraq müharibəsi zamanı İranın xarici siyasəti müharibənin uzanmasına yönəlmişdi.

Çünki ABŞ-la Xomeyni arasında əvvəlki razılaşmalar pozulurdu və ABŞ müharibənin uzanmasını İrana təzyiq vasitəsi kimi görürdü. Bu siyasətin icrasında Ə.Vilayəti mühüm rol oynadı.

SSRİ dağılanda ABŞ Baltikyanı üç respublikanı dərhal Qərb yönümlü qəbul etdi.

Qalanlarının müstəqilliyini isə yalnız Rusiya tanıdıqdan sonra qəbul edəcəyini bildirdi.

Bu zaman Ə.Vilayəti Moskvada qalaraq Rusiyanı Azərbaycanın müstəqilliyini tanımamağa razı salmağa çalışdı. Məqsəd vaxtı uzatmaq və lazım gələrsə, Azərbaycanın İrana qaytarılmasına zəmin hazırlamaq idi. Lakin Moskva bu təklifi rədd etdi və Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən oldu.

Qeyd etmək lazımdır ki, SSRİ-nin son XİN rəhbəri, Qərbdə rəğbətlə qarşılanan Eduard Şevardnadze gürcü olsa da, Rusiya Gürcüstanın müstəqilliyini ən son tanıyan dövlətlərdən idi. Moldova da bu sıraya daxildir. Buna görə onların BMT üzvlüyü bir neçə ay yubandı.

Bütün bunları qeyd etməkdə məqsədim odur ki, Ə.Vilayəti həm ABŞ siyasətini dərindən bilən, həm də Azərbaycana qarşı bariz mövqe göstərən siyasətçi olub. Onun Azərbaycan xalqı qarşısında yeganə “müsbət” addımı şiəliyin rəsmi din elan edilməsini Səfəvilərlə bağlaması və azərbaycanlıları İranda “titullu millət” adlandırmasıdır. Bu da, görünür, ali rəhbərə və ya təyin etdiyi şəxslərə müxalifətçilik səbəbindən edilmiş gediş idi.

Son illərdə isə əksinə, ardıcıl anti-Azərbaycan mövqeyini özünə ideoloji xətt seçib. Bu, bəlkə də Rusiya ilə birlikdə Azərbaycanı cəzalandırmaq niyyətindən irəli gəlir. Xüsusən də Zəngəzur dəhlizi məsələsində İranın mövqeyi həm Azərbaycana, həm də Rusiyaya qarşı yönəlib.

Ə.Vilayətinin apardığı siyasət bu gün İranı hərbi ritorikaya aludə etmiş ölkəyə çevirib. İran rəsmilərinin bəyanatları ilə hərbi rəhbərliyin açıqlamaları arasında heç bir fərq yoxdur. Hər an “hücum edərik”, “raket atarıq” kimi ritorikalar səsləndirilir. Halbuki 85 milyon əhalisi, nüvə imkanları, böyük neft ehtiyatları olan İran 5 milyonluq İsrail qarşısında acizdir. Bu, yalnız hərbçi düşüncəsidir. Maraqlıdır ki, Avropa üçlüyü Brüsseldə İranla bağlı “snapback” müzakirə edərkən bir dəfə də olsun “hərbi” termin işlətmədi. İranda isə “güc” anlayışı sırf hərbi aspektdə dəyərləndirilir.

Ə.Vilayətinin indiki davranışı göstərir ki, İslam inqilabı iflas mərhələsindədir. Əgər yaxın zamanda ciddi islahatlar həyata keçirilməsə, İran dövlətinin dağılması qaçılmaz olacaq.

85 milyonluq əhali nə dini, nə də dövlət siyasətini dəstəkləyir. Xarici ekspertlər İranda hər an xaosun başlaya biləcəyini qeyd edirlər. Bunun ən bariz nümunəsi Fələstin məsələsidir.

Qəzza müharibəsindən sonrakı iki ildə İran əhalisi bir dəfə də olsun Fələstinə dəstək aksiyası keçirməyib. Sadəcə bəzi cümə namazlarından sonrakı toplantılar süni şəkildə “Fələstinə dəstək” kimi təqdim olunub. Qəzza müharibəsi başlayandan sonra isə cümə namazlarına maraq daha da azaldı. Halbuki illərlə bu namazlar güclü siyasi təbliğat vasitəsi idi.

Ə.Vilayətinin mövqeyini və siyasətini bu proseslərin fonunda qiymətləndirmək lazımdır.


Xəbər 1114 dəfə oxunub.





Bölməyə aid digər xəbərlər

16.09.2025  10:29 

Bakıda intihara cəhd olub

15.09.2025  17:30 

“Vüsal 300“ həbs EDİLDİ

15.09.2025  16:09 

Nanənin verilişi bağlandı


BÜTÜN XƏBƏRLƏR +